Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Erdoğanın növbəti qələbəsi – 51.95 % SƏS

Türkiyədə 12-ci prezident, ilk dəfə olaraq xalqın səsi ilə seçildi. Seçimdə 20 milyon 282 min seçicinin səsiylə baş nazir Rəcəb Tayyib Ərdoğan qalib gəldi. 51.95 səs yığan Ərdoğan ikinci yerdəki rəqibi Əkmələddin İhsanoğlunu 13.61 xal fərqi ilə geridə buraxıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk xalq səsi ilə seçilən prezidenti oldu. Bununla da Türkiynin siyasi tarixində yeni bir dövr başladı. 10-dan çox müxalifət partiyasının ortaq namizədi İhsanoğlu, 15 milyon 35 min seçicinin səsiylə yüzdə 38.34 səs toplaya bildi. HDP-nin namizədi Səlahədin Dəmirdaş isə, 3 milyon 802 min seçicinin səsi ilə, yüzdə 9.7 səs toplaya bilib.

Seçkilərdə iştirak etmə hüququ olan 55 milyon 893 min nəfərdən 40 milyon 900 mini səs verib. Bunların içərsindən keçərli səslərin sayı isə 40 milyon 140 mini keçib. Xaricdə yaşayan vətəndaşların səs verdikləri sandıqlar Türkiyəyə gətirilərək, digər sandıqlarla eyni anda Ankarada açılaraq sayılıb. Türkiyə daxilində təxminən 12 milyona yaxın seçici seçkilərdə iştirak etməyib.

Xaricdə yaşayan vətənaşların iştirakı yüzdə 10-a belə çatmayıb. 2 milyon 783 min seçicinin, cəmi 232 mini səs verib. Xaricdə yaşayan Türklərin yüzdə 61.7 faizi Ərdoğana səs verib.

Vüsal Qarayev






11 Avqust, 2014  08:47 Baxılıb: 685 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner