Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ermənilər təşviş içində 3 kəndi boşaldıb

“Cəbhə xəttində yaranan gərginliklərdən sonra erməni işğalında olan sərhəd kəndləri demək olar ki, boşaldılıb”.

Simsar.az xəbər verir ki, bunu AzNews.az-ın cəbhə xəttinə ezam olunmuş əməkdaşına Tovuz rayonundakı N saylı hərbi hissənin yüksək rütbəli zabiti deyib. Onun sözlərinə görə, düşmən təxribatlarının qarşısını almaq üçün Azərbaycan Ordusunun qarşı tərəfi gülləboran etməsindən sonra həmin kəndlərin sakinləri qorxuya düşərək, evlərini tərk ediblər.

Zabit bildirib ki, əsgərlərin müşahidəsinə əsasən Tovuzla üzbəüz olan, ermənilərin Tavuş adlandırdığı rayonunun Nerkinarmiraxpun, Aygepar, Masasxek kəndləri demək olar ki, boş qalıb: “Əhalinin 90 faizi qaçıb”.

O, bizim sərhəd kəndlərində yaşayan əhalinin isə nəinki evlərini tərk etmək, əksinə öz şəraitlərinin daha da yaxşılaşdırmaq üçün çalışdıqlarını bildirib: “Diqqət etsəz görərsiniz ki, burada yeni evlər tikilir. Qeyd edim ki, bizim camaat ermənilər kimi güllə səsini eşidən kimi evlərini tərk etmir. Əksinə, bu günlərdə buranın sakinləri, xüsusən də keçmiş döyüşçülər bizə müraciət edib, səngərlərə getmək istədiklərini bildirirdilər. Əhalidəki yüksək döyüş əhval-ruhiyyəsi adamı heyran edir”.






9 Avqust, 2014  16:24 Baxılıb: 1072 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner