Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalistlər Soçidəki görüşdən nə gözləyir? – FİKİRLƏR

Cəbhədə atəşkəs ciddi şəkildə pozuldu. Xeyli şəhid verdik. Qarşı tərəfdən də xeyli ölənlər oldu. Və həmən ardınca Rusiya Azərbaycan və Ermənistan prezidentlərini görüşə dəvət etdi. Kimiləri bu görüşün atəşkəsin pozulmasına görə təşkil edildiyini, kimlərsə də, atəşkəsin pozulmasının məhz bu görüş üçün təşkil edildiyini dedi. Çox şeylər deyildi, yazıldı-pozuldu.

Və Soçi görüşünə bir gün qalır...

Bəs biz Soçidən nə gözləyirik? Bu sual hər kəs kimi məni də çox maraqlandırır. Suala cavab tapmaq üçün, cəmiyyətin nəbzini tutmağa çalışdıq. Elə buna görə də üzümü tutdum cəmiyyətimizin oksimetrlərinə, yəni jurnalistlərə.

Çingiz Sultansoy (müstəqil jurnalist): "Açığın deyim ki, mən Soçi görüşməsindən Azərbaycanın xeyrinə olacaq bir nəticə gözləmirəm”.

Səbuhi Məmmədli (Lent.az): “Heç nə gözləmirəm, maraqlanmıram”

Xalid Kazımlı (Yeni Musavat): "İndiyə qədər saysız-hesabsız görüşlər olub və heç birinin də nəticəsi olmayıb. Bu baxımdan Soçi görüşündən də nəsə gözləmək çətindir. Ancaq hər şeyin bir sonu var. İki düşmən ölkə arasında münaqişə getdikcə şiddətlənir və bunun qarşısı alınmasa, müharibə qaçılmazdır. Güman ki, bunu Rusiya tərəfi də anlayır, Ermənistan tərəfi də. Bizim güzəşt limitimiz bitib. Ermənilərin isə geriyə çəkilməyə yerləri çoxdur. Müharibə istəmirlərsə, öz əvvəlki mövqelərindən çəkilməlidirlər. Ona görə də Soçi görüşünün bundan əvvəlkilərdən fərqlənəcəyini gözləmək mümkündür”

Dilqəm Əhməd (“Teleqraf qəzeti”): "Hec nə gözləmirəm, çünki bu görüş razılaşma üçün deyil, hansısa təkliflər üçündür. Azərbaycana hansısa təkliflər veriləcək"

Anar Rüstəmov (Azvizion.az): “Son günlər cəbhədə baş verən olayların fonunda Soçi görüşünün keçirilməsi, olduqca məqbuldur. Nəzərə alsaq ki, prezidentlər sonuncu dəfə ötən ilin noyabrında görüşmüşdülər. Bu baxımdan hesab edirəm ki, Soçi görüşü bizim üçün faydalı ola bilər. Cəbhədəki gərginliyin qarşısının alınmasında hesab edirəm ki, Soçi görüşü mühüm əhəmiyyətə malik olacaq. Lakin Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində hansısa razılaşma gözlənilmir”

Xanlar Xoca (Yenilik.az): "Soçidə hansısa nəticə əldə ediləcəyinə inanmaq istərdim. Ən azı ona görə ki, Prezident İlham Əliyev bu problemin həlli üçün çox səy göstərir. Lakin işğalçı dövlət çətin ki, asanlıqla torpaqlarımızdan əl çəksin. Azərbaycanın güclü ordusu var və Soçi görüşündən nəticə olmasa, biz torpaqlarımızı müharibə yolu ilə azad etməliyik. Bu görüş də əvvəlkilərdən konkret nə iləsə fərqlənməyəcək”

Arzu Abdulla (“Yaşıl Qafqaz” jurnalı): "Bəziləri Soçidəki üçtərəfli görüşdən Azərbaycanın xeyrinə olacaq nəticə gözləyir. Biz zatən 20 ildən çoxdur gözləyiik. Arada bir gərginlik yaşandı, bu isə yeni, 20 illik atəşkəsin imzalanması üçün edilən cəhd idi. Azərbaycanın 1810-cu ildə hazırlanmış xəritəsinə baxanda bir daha əmin oldum ki, İşğal altında olan torpaqlarımızın azad edilməsi elə arzu olaraq qalacaq. İndiyə qədər əlimizdən alınan hansı torpaqlarımızı geri qaytara bildik ki? "

Zöhrab Əmirxanlı: "Politoloq olmadığım üçün bu məsələlərdə çox ehtiyatlı davranıram.  Amma dəqiq bildiyim odur ki, Rusiya hər iki tərəfi Avrasiya İttifaqına sürükləyir. Açığı, bu görüşdən heç bir işıqlı nəticə gözləmirəm”

Elmar Hüseynov (Simsar.az): “Artıq Rusiya beynəlxalq aləmdə sıxışdırılıb. Ukraynanı itirdi. Növbədə isə Ermənistandır. Putin ona görə Soçi görüşünü təcililəşdirdi ki, Rusiya təsirindən uzaqlaşan Qafqazı əlində saxlaya bilsin. Cəbhədə gərginlik Ermənistanla bərabər Rusiyanın da əlehinə işləyir. Bu gərginlik mühairbənin qaçılmaz olduğunu bir daha beynəlxalq aləmə sərgilədi. Azərbaycan gündən-günə güclənir və iddiaları artır. Bundan Ermənistan təşvişə düşür. Bu görüşdən gözləntilərim çoxdur. Əgər bir nəticə hasil olmasa yəqin ki, müharibə başlayacaq. Azərbaycan Ordusu tezliklə bütövlükdə işğal olunmuş torpaqları azad edəcək. Rusiyaya isə bu sərf eləmir. Rusiya münaqişənin uzanmasını istəyir. Buna görə də mərhələli həllə üstünlük verəcək. Görünən odur ki, Soçi görüşündən dərhal sonra ən azı 2 rayon böşaldılacaq. Və cəbhədəki gərginlik sakitləşəcək. Bundan sonra isə növbəti danışıqlar başlayacaq. Bütün hallarda zaman bizim xeyirimizə işləyir”.

Vasif Həsənli (publika.az):  "20 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmur və ATƏT-in Minsk qrupunun həmsədrləri bölgəyə turist səfərləri edirlər. 20 ildən çoxdur ki, qaçqın və məcburi köçkünlər vətən həsrəti ilə yaşayırlar. Doğrudur, həmin insanlar dövlətimizin qayğısı nəticəsində ev və işlə təmin olunsalar da, ancaq onlar yenə də öz doğma el-oblarına qayıtmaq istəyir. Onlar bu arzularını daim ifadə edirlər. Gözləniləndir ki, Soçi görüşündə Rusiya tərəfi Ermənistana təzyiqləri artırsın. Çünki Rusiya Azərbaycanın malik olduğu geosiyasi və goestrateji mövqedən xəbərdardır. Rusiya həm də Azərbaycanı özünə strateji qonşu dövlət görür. Hətta, Rusiya-türkiyə münasibətlərinin bu gün yaxınlaşmasında da Azərbaycan mühüm rola malikdir. Ona görə də düşünürəm ki, Soçi görüşündə Azərbaycan üçün müsbət irəliləyiş əldə oluna bilər. Cənab Prezidentimizin də dediyi kimi, sülh danışıqlarında imkanlar hələ də tükənməyib. Azərbycanın kifayət qədər güclü ordusu var”

Eyvaz Qocayev (Sumqayitxeber.com): “Bunu qarşıdakı günlərdə biləcəyik. Hələ ki, heç nə gözləmirəm”.

Anar Rəsul (müstəqil jurnalist): “Soçi görüşündən heç nə gözləmirəm. Sülh olmayacaq. 20 ilə sülhlə verilməyən torpaqlar bu il veriləcəkmi? Rusiya hər 20 ildən bir, 1 -2 kəndlə bu işi uzadacaq”

Göründüyü kimi, fikirlər müxtəlifdir, kimi bu görüşə pessimist, kimi optimist yanaşır. Maraqlıdır ki, hər iki yanaşma tərəfi də, haqlı olduğunu göstərmək üçün dəlillər irəli sürür.

Məncə də, Soçi görüşündən ciddi nəsə gözləmək olmaz. Çünki bu münaqişə yalnız Azərbaycan, Ermənistan və Rusiyanı maraqlandıran bir məsələ deyil. Burda dünyanın böyük dövlətlərinin, məsələ Amerika, İsrail, İran, Fransanın və bu kimi bir çox dövlətləri maraqları var. Məsələn Amerika istər ki, Qarabağ problemi həll olsun, amma Rusiyanın əli ilə yox. Çünki Rusiya ilə Amerikanın münasibətləri son Ukrayna hadisələrindən məlumdur. Rusiya problemi həll etsə, Azərbaycan istər-istəməz özünü Avrasiya Gömrük İttifaqının qollarına atacaq və beləcə Amerika da Azərbaycanı itirəcək. Amerika tək Azərbaycanı yox, eləcə də, İrana bir başa aparan yollarını itirəcək. Çünki hazırda İranla Rusiya möhkəm dostdur. İran demişkən. İran da istəməz ki, Qarabağ münaqişəsi Qərbin əliylə Azərbaycanın xeyrinə həll olunsun. Çünki belə olan halda Qərb gəlib duracaq düz İranla qabaq-qabağa. İranın erməni sevdası da elə buna görədir. İsrail-İran münasibətləri də məlum məsələdir və rəsmi Təl-Əviv də istəyər ki, Qarabağ Azərbaycana qaytarılsın, İran sıxışmış vəziyyətə düşsün. Təsadüfi deyil ki, İsrail bu münaqişədə hər zaman bizim tərəfimizdə olduğunu nümayiş etdirib. Amma Rusiyanın əli ilə yox. Uzun sözün qısası, erməni işğalında olan torpaqların hamısının qaytarılacağını gözləmək Donkixotluqdur. Qarabağ məsələsinin sülhlə həlli isə saqqız kimi uzanacaq.

P.S.: Qanla alınan, qansız geri verilməz.

Vüsal Qarayev

 






9 Avqust, 2014  15:35 Baxılıb: 1616 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner