Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rusiyadan hərbi texnikanın yeni partiyaları gəlir - BAKIYA

Rusiyanın “Uralvaqonzavod” müəssisəsi (UVZ) yaxın günlərdə Azərbaycandan aldığı sifariş üzrə hərbi texnikanın yeni partiyasını Bakıya göndərəcək. Bu barədə APA-ya müəssisədən məlumat verilib.

Azərbaycana göndəriləcək hərbi texnikanın arasında TOS-1A “Solntsepyok” ağır odatanlarının (oqnemyotnaya sistema) 6 maşından ibarət ikinci partiyası yer alacaq.

Bundan başqa, müəssisə Azərbaycanın sifariş verdiyi TMM-6 mexanikləşdirilmiş körpüləri və İMR-3M mühəndis-istehkam maşınlarının ilk partiyasını Azərbaycana göndərir. Azərbaycana ilk olaraq 3 ədəd İMR-3M yola salınacaq.

TOS-1A “Solntsepyok” ağır odaatanlarının atəş məsafəsi 6 min metr, bir raketin məhvetmə sahəsi isə raketin tipindən asılı olaraq 25 min kvadratmetrdən 40 min kvadratmetrədəkdir (2.5-4 hektar).

Qeyd edək ki, Azərbaycan 2011-ci ildə UVZ müəssisəsinə 100 ədəd T-90S tankı, 100 ədəd BMP-3M, 18 ədəd 2S31 “Vena”, 18 ədəd 2S19 “Msta-S” özüyeriyən haubitsası, 18 ədəd TOS-1A “Solntsepyok” ağır odaatanı, həmçinin TMM-6 mexanikiləşdirilmiş körpüləri, MTU-90M tank körpüsalanları, bu il isə İMR-3M mühəndis istehkam maşınları sifariş verib.







9 Avqust, 2014  13:31 Baxılıb: 798 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner