Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Dezoları yayan KİV-lər üzr istəməlidir” – HƏRBİ EKSPERT

Hərbi ekspert Üzeyir Cəfərov öz facebook səhifəsində dezinformasiya yayan Kütləvi İnformasiya Vasitələrinin (KİV)  cəmiyyətdən üzrhaxlıq etməli, mətbuat adına yaşatdıqları rəzalətə görə bağışlanmaqlarını israrla xahiş etməli olduğunu bildirib.

Bir neçə gün bundan əvvəl döyüş bölgələrimizlə bağlı yaşadığımız olaylar məni bir daha bu məsələyə müraciət etməyə vadar etdi. Söhbət Azərbaycan medaisında müharibə mövzusu ilə bağlı verilmiş xəbərlərdən, daha doğrusu dezinformasiyalardan, yalanlardan gedir. O "xəbər"lərdən ki, guya Azərbaycan xalqında hansısa mifik ruh yüksəkliyi yaradırdılar və sonda onların xalqımıza vurduqları ağır zərbələr, bəlkə də uzun illər yaddaşlardan çıxmayacaq. Tam səmimi olaraq qeyd edirəm ki, əgər bu gün 100 nəfər vicdanlı, Vətənini ürəkdən sevən şəxsi dindirsək, onların bəlkə də hamısı belə həmin o psevdopatriot jurnalistləri, onların mənsub olduqları saytları ən ağır formada, ən ağır sözlərlə tənbeh edərlər.

İndi bir qədər ara sakitləşib deyə, ola bilsin ki, kimsə düşünür ki, oldu da, keçdi də. Bu haqda danışmağın bəlkə də yeri yoxdur. Amma, mən belə düşünmürəm və buna ciddi əsaslarım da var. Hesab edirəm ki, baş vermiş xoşagəlməz olaylar hərtətəfli təhlil edilməzsə, bunlara adekvat qiymət verilməzsə, biz bundan sonra daha acı günlər yaşamalı olacağıq.

Təklifim isə bundan ibarətdir ki, həmin o dezoları yayan jurnalistlər, elektron və çap KİV, həmçinin onlayn saytlar günü sabah cəmiyyətdən üzrhaxlıq etməli, mətbuat adına yaşatdıqları rəzalətə görə bağışlanmaqlarını israrla xahiş etməlidirlər. Kimliyindən asılı olmayaraq, bu addım atılmalıdır. Adları özlərinə yaxşı bəlli olan həmin mətbu orqanlarda çalışan çoxsaylı dostlarım, tanışlarım da var. Onlara da müraciət edərək özlərində cəsarət tapıb üzrhaxlıq diləmələrini xahiş edirəm.

Son günlər cəbhə bölgəsində baş verən hadisələrin işıqlandırılması zamanı təkcə jurnalist dostlarımız deyil, rəsmi qurumlar da özlərinə ciddi nəticə çıxartmalıdırlar. Ədalət naminə deyək ki, məhz onların ləng tərpənmələri, hadisələrə vaxtında və adekvat münasibət sərgiləmədiklərinə görə biz çox xoşagəlməz hadisələrin şahidi olduq. İradların tam əksəriyyəti Müdafiə Nazirliyinə aiddir. Qurumun Mətbuat Xidmətinin əməkdaşlarının özlərini baş verənlərə tam hazırlıqsız göstərməsi, bir çox hallarda isə məsul şəxslərin yartımaz fəaliyyəti, mətbuatda gedən həyacan dolu xəbərlərə, hərbi və dövlət sirrini təşkil edən məlumatların qarşısını almaq üçün əməli addımların atılmaması coxsaylı digər nüanslar ciddi sürətdə araşdırılmalıdır.

Biz unutmamalıqyiq ki, hələ qarşıda bizi torpaqlarımızı düşmən işğaldan azad etmək kimi çox ciddi vəzifə gözləyir. Bir neçə gün bundan əvvəl yaşadığımız problemlərin daha pis formada təkrarlanmasını istəmiriksə, indidən hər məsələ yenidən incələnməlidir. Hər kəsin məsuliyyət dairəsi dəqiq və aydın şəkildə müəyyən olunmalıdır.

Öz tərəfimdən isə, dezo yazan, onları yayan mətbuat orqanlarının rəhbərlərinə müraciət edərək onlardan acizanə xahiş edirəm ki, yuxarıda qeyd elədiyim o üzrhaxlıq məsələsinə ciddi yanaşsınlar. Əsk təqdirdə onların jurnalist fəaliyyətinə Azərbaycan cəmiyyətində heç bir ehtiyac qalmayacaq. Dostlarımız unutmamalıdır lar ki, son günlər onların qoşunların təmas xətti ilə bağlı yol verdikləri kobud, bağışlanılmaz xətalar, hərəkətlər cəmiyyətdə bir xəyal qırıqlığı yaradıb. Bu vəziyyətin düzəlməsi üçün isə aylarla, bəlkə də illərlə çalışmaq lazım gələcək.

Hər bir həmkarımıza uğurlar diləməklə, tezliklə torpaqlarımızın həqiqi azad olunması xəbərini çatdırmağı arzulayıram. Nə qədər ki, bu baş verməyib, biz xalqın qarşısında gözükölgəli kimi görünürük.

 






9 Avqust, 2014  13:12 Baxılıb: 746 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner