Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Sincarda acından ot yeyib ölürlər

ABŞ ordusu İŞİD-a havadan vurarkən, İŞİD-in ələ keçirdiyi Sincardan qaçıb dağlara sığınan Yezidilərin həyatda qalma mübarizəsi davam edir.

Uşaqlar acından ot yeyib ölürlər

Sincarın İŞİD tərəfindən ələ keçrilməsinin ardından, burda demək olar ki, qətliam yaşanır. İşğal nəticəsində ən az 3 min nəfər ölüb, 5 min nəfər isə qaçırılıb. 300 uşaq və yaşlı acından ölüblər. Bu sayın daha da artacağı gözləniir.  Son iki gündə Sincar dağına sığınan 250 uşaq, acından yedikləri yarpaq və zəhərli ot səbəbindən ölüblər.

İŞİD xristian uşaqların başın kəsir

CNN-ə danışan keçmiş hərbiçi Mark Arabo, İŞİD-in xristian qətliamı tərötdiyini iddia edib: ”İŞİD xristian uşaqların başlarını kəsir, analarını zorlayır, atalarını asır. Dünya əsrlərdir belə zalımlıq görməyib”.

BMT-dən insani dəhliz

BMT cihadçıların qorxusundan qaçaraq dağlara sığınanları xilas etmək üçün, insani dəhlizin yaradılması üçün çalışdıqlarını açıqlayıb. BMT xüsusi təmsilçisi Nikolay Mladenov, “Hava yardımları başladı. BMT təhlükə altında olan insanların qaçmasını təmin etmək üçün, insani dəhlizin yaradılması üçün hazırlıq görür” - deyib.

“Qardaşlarımı bazarda satırlar”

Dagore kəndindən Türkiyəyə qaçan 20 yaşlı Məryəm, “İŞİD kəndimizdəki insanları qırdı. Qadın və gənc qızları qaçırtdı. Sadəcə mən anam və atam qaça bildik. Qardaşlarımız və qohumlarımız orda qaldılar. Onların həyatından narahatıq. Onların bazarda satıldığı söylənilir. Çox qorxuruq. Torpaqlarımız tərk etdik. Bundan sonra halımız nə olacaq bilmirik”, – deyrək orda yaşanan dəhşətləri anladıb.

Vüsal Qarayev

 






9 Avqust, 2014  12:09 Baxılıb: 719 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner