Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Fazil Mustafa Sədərək bazarından keçən yoldakı fırıldaqdan yazdı

“Dəli Domrulun davamçıları”


Millət vəkili Fazil Mustafa Cənuba gedən yolda, Sədərək bazarının girişində quraşdırılan və fırıldaqla xalqdan yığılan pulu, “Kitabi-Dədə Qorqud” dastanındakı Dəli Domrulun hərəkətinə bənzədib.

Simsar.az millət vəkilinin fikirlərini olduğu kimi təqdim edir.

“Dədə Qorqud dastanlarında bir Dəli Domrul obrazı var. Elin çayının üzərində körpü düzəldir və körpüdən keçəndən 9 axça, keçməyəndən 5 axça alır. Çayın dayaz yerindən keçə bilməzsən, mütləq körpüdən istifadə etməlisən. Dəli Domrul başqa alternativ qoymur ki, insanlar seçim etsinlər. İndi hansısa Dəli Məmur, Dəli Sahibkar, Dəli İşbaz Azərbaycan vətəndaşları üçün eyni şeyi neçə yüzillər sonra tətbiq edib. Lökbatan yolu təmirə bağlanıb. Gözəl, yollarımızın abadlaşmasını hamımız istəyirik. Ancaq vətəndaşların maşınla cənub bölgəsinə hərəkəti üçün alternativ yol düşünülməliydi, bax bu edilməyib. Əvəzində isə vətəndaşın soyulması üçün alternativ bir fırıldaq vasitəsi tapıblar. Demək hər kəs Sədərək bazarından keçən yoldan 50 qəpik ödəyərək keçməlidir. Şəhərə gələn də eyni qaydada Sumqayıt-Biləcəri istiqamətinə bu vəsaiti ödəməlidir. Bazara girib-girməyin fərqi yoxdur, bütün cənuba, başqa yerlərə bu istiqamətdə evinə gedən, səyahətə gedən hər kəs maşınbaşına bu pulu ödəyib keçməlidir. Burada milyonlarla manat vəsaitdən söhbət gedir. İnanmıram ki, bir bazarın rəhbəri bu pulu təkbaşına yesin. Demək ki, yolu təmirə bağlayanlarla razılaşmış bir addımdır. Həm də bilərəkdən növbə yaradıblar ki, vətəndaşın izdirabından ləzzət də alsınlar. Mən ona görə müharibə haqqında ehtiyatla danışıram ki, pul qazanmaq naminə içəridən haradan vətəndaşa zərbə vurulacağını təsəvvür edə bilirəm. Bu məsləni mütləq ictimailəşdirməliyik ki, vətəndaşların vəziyyətini yüngülləşdirə bilək”.

 






9 Avqust, 2014  11:35 Baxılıb: 739 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner