Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Putin reytinqini artırmaq üçün sürpriz hazırlayıb - EKSPERT

“Gözdən pərdə asmaq üçün Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmasının təqdim edilməsi keçirilə bilər”.

Bunu Simsar.az-a politoloq Qabil Hüseynli Azərbaycan-Rusiya, Ermənistan-Rusiya prezidentlərinin Soçi görüşünü detallarını və görüşün gündəliyində Dağlıq Qarabağ problemin müzakirəsinin yer almamasını məsələsini şərh edərkən deyib.

“Prezidentlərin ikitərəfli münasibətləri” adı altında Soçidə bir araya gəliklərini deyən politoloq bildirib ki, Azərbaycan prezidenti ilham Əliyev ikitəfəli münasibətlərə görə ora getməz: “Gündəlikdə Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq. Danışıqların yeni mərhələsinə start veriləcək. Əlbəttə ikitərəfli münasibətlər də müzakirə olunacaq. Amma görüşün ana xəttini son döyüşlər, Azərbaycan-Ermənistan münasibətlərinin gərginləşməsi və Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda mübarizə əzmini ortaya qoyması təşkil edəcək. Hətta bəzi rayonların geri qaytarılması da müzakirə obyekti ola bilər”.

Q.Hüseynli Rusiya dövlət başçısının saytında görüşlə bağlı dərc edilən məlumatda Dağlıq Qarabağ məsələsinin yer almamasını hələlik heç bir nəticənin olmaması ilə əlaqələndirib: “Nəticənin əldə edilməsi üçün cəhdlər var. Görünür Putin siyasi reytinqini artırmaq üçün bunu bir sürpiriz kimi təqdim edəcək. Olsun ki, ermənilər hələ də müəyyən məsələlərdə güzəştə getməməkdə israrlıdırlar”.

Ekspert görüşdən sonra Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hadisələrin necə cəryan edəcəyindən danışıb. O bildirib ki, əgər görüşdə müsbət nəticə əldə olunarsa, problemin nizamlanmasının təməli qoyulacaq addımlar atıla bilər. Bu zaman bir neçə rayonun Azərbaycana qaytarılması məsələsi gündəmə gətiriləcək, iki ölkə arasında münasibətlərin qaydaya düşməsi prosesi başlayacaq. Eyni zamanda atəşkəs rejminə də əməl oluna bilər.  Yox, əgər yenə də bu görüş görüş xatirinə keçiriləcəksə, Rusiya açıq şəkildə Ermənistana dəstək və Azərbaycana təzyiq göstərməyə çalışacaqsa, o zaman vəziyyət daha da çətinləşəcək: “Əlbəttə ki, mən bunu zənn etmirəm. Çünki bu gün Rusiya o iqtidarda deyil. Hər halda görüşdən irəliləyişlər və az da olsa müsbət nəticələr gözləyirəm”.

Hüseyn İbadlı






9 Avqust, 2014  10:38 Baxılıb: 986 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner