Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

ABŞ gecə-gündüz bombaladı

ABŞ ilk dəfə İŞİD-i birbaşa hədəfə aldı. Yezidi və xristianlara qarşı soyqırım təhlükəsi və ABŞ-ın müttəfiqi İraq Kürd Bölgəsi İŞİD təhlükəsinə düşdükdən sonra Obama Pentaqona “VUR” əmri verdi. İŞİD-in Ərbil yaxınlarında kürd və amerikalıları təhlükəyə atmasından sonra, Bəsrədən qalxan Amerika qırıcıları, Ərbil ətrafında İŞİD mövqelərini vurdu.

Beləliklə 15 dekabr 2011-dən bəri ABŞ ilk dəfə İraqa hərbi əməliyyat həyata keçirdi. Pentaqon təmsilçisi Con Kirby, dünən açıqlamasında, Ərbili müdafiə edən peşmərgə güclərinə İŞİD toplarının atəş açması və bölgədəki ABŞ-lıların təhlükə altında qalmasından sonra qırıcıların buraları vurduğunu açıqlayıb.

Bəsrə körfəzindən USS George H.W. bush qırıcı gəmisindən qalxan “Eşşəkarısı” kimi tanınan 2 F/A-18 Hornet tipli döyüş qırıcısından atılan lazerli 226 kiloluq bombalar, Ərbil çevrəsindəki bir İŞİD səyar topçu batareyyasını vurub. Kürdlər hücumun Ərbilə 45 km uzqlıqdakı Mahmurda olduğunu bildiriblər. ABŞ ilk hücumun ardından İŞİD hədəflərinə qarşı 2 ayrı əməliyyat daha keçirib. Axşamkı əməliyyatlara qırıcılarla yanaşı, pilotsuz təyyarələr də qatılıb. Pentaqon 1 saat arayla həyata keçirdiyi 2 əməliyyatda, İŞİD-ə aid iki hava topunu, ətrafındakı militanları və 7 maşınlıq bir İŞİD karvanının vurulduğunu açıqlayıb

Sincara yardım

Hərbi əməliyyatlarla yanaşı ABŞ, Sincar dağında mühasirədə qalanlara hava yardımını davam etdirir. Onlar üçün 200 min litr içməli su və başqa lazımı ərzaq və ləvazimatlar atılıb.

Niyə indi?

Soyqırım - Beynəlxalq ictimaiyyət 9 iyundan bəri İŞİD təhlükəsinə qarşı ABŞ-ın, niyə məhz indi əməliyyat keçirdiyini müzakirə edir. Buna əsas səbəb kimi isə artıq İŞİD hərəkatının bir soyqırıma gəlib çıxacağı təhlükəsi idi. Çünki iddialara görə, İŞİD zəbt etdiyi yerlərdə, “Ya müsəlman olun, ya da ölün”, prinsipini həyata keçirir. Obama da, “Soyqırımı əngəlləməyə gücümüz çatırsa, ABŞ bunu görməməzlikdən gələ bilməz”, - demişdi.

Amerika və Ərbil: ABŞ-ın Ərbildə 245 hərbi personalı və konsulluq işçiləri var. Ayrıca, Ərbil ABŞ-ın İraqdakı ən önəmli müttəfiqi İraq Kürd Bölgəsinin mərkəzidir. Pentaqon mətbuat xidmətinin təmsilçisi Con Kirby də “İŞİD-in peşmərgəyə qarşı istifadə etdiyi topların yerləşdiyi nöqtənin ABŞ personalının yer aldığı Ərbil yaxınlarında olduğunu” – demişdi.

Əsas məqsəd İŞİD-in vurulması: ABŞ-ın hərbi əməliyyat keçirməsinin səbəbləri içərsində ən sonuncu vasitə İŞİD-in vurulması yer idi. 2011-ci ildə İraqdan ordusunu çıxaran Obama hakimiyyəti qəti olaraq İraqa əsgəri əməliyyata qarşı çıxırdı.

İncirlikdən istifadə edilmədi

Amerikanın İŞİD-i vurması, Türkiyənin hava sahəsindən istifadə edib-etməməsi sualını gündəmə gətirmişdi. Türk hərbi qaynaqları isə “Heç bir şəkildə Türkiyə hava ərazisi istifadə edilmədi. İncirlikdən də istifadə edilmədi. Bilgi ABŞ təyyarələrinin Qətər üzərindən hərəkət etdikləri yönündə. Bəsrə körfəzindəki gəmilərdə yerləşən qırıcılar da ola bilər. ABŞ-ın əməliyyatı gözlənilirdi” – açıqlaması verilib.

Əməliyyatın nə vaxt bitəcəyi bilinmir

Ağ Ev təmsilçisi Coş Earnest Obamanın İŞİD-ə qarşı aparılan əməliyyatların nə zaman başa çatması üçün hər hansı bir tarix vermədiyini bildirib. Earnst, “Dəyərləndirmələr zamanı Amerikalı personalın təhlükəsizlik durumunu, Kürd və İraqlı güclərə dəstəyimizi müzakirə edirik” - deyib. Təhlükəsizlik üçün, ABŞ hava yolu şirkətlərinin İraq üzərindən uçması qadağan edilib. Türk hava Yolları da Ərbil səfərini təxirə salıb. Bu arada, Kürd jurnalist Dəniz Fırat, Mahmurda İşid hücumlarında öldürülüb.

Vüsal Qarayev






9 Avqust, 2014  09:20 Baxılıb: 896 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner