Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PREZİDENT CİNAYƏT MƏCƏLLƏSİNDƏ QÜSUR TAPDI

İnsanı cəmiyyətdən təcrid etmədən xüsusi müəssisələrdə saxlamaq olmaz

Azadlığın məhdudlaşdırılması cəza növünün Azərbaycanın cinayət cəzaları sistemindən çıxarılması nəzərdə tutulur.

Bu barədə APA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov məlumat verib. Millət vəkilinin sözlərinə görə, bununla bağlı yaxın vaxtlarda Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək. Əlavə və dəyişikliklər layihəsi parlamentə dövlət başçısı tərəfindən daxil olub.

Belə bir cəzanın əvvəllər Azərbaycanın cinayət qanunvericiliyində olmadığını deyən deputatın sözlərinə görə, bu cəza 2001-ci il sentyabrında yeni Cinayət Məcəlləsi qəbul edilərkən ora salınıb.

R. Cəbrayılov azadlığın məhdudlaşdırılması cəza növünün azadlıqdan məhrumetmə ilə azadlıqdan şərti məhrumetmə cəzaları arasında «aralıq» cəza növü olduğunu bildirib. Azərbaycanda belə bir cəza növünü həyata keçirmək üçün maddi bazanın olmadığını da deyən deputatın sözlərinə görə, qanunvericilikdə bu anlayışın özünün açılışı da qüsurlu verilib: ““İnsanı cəmiyyətdən təcrid etmədən xüsusi müəssisələrdə saxlamaq”. Axı bu ümumilikdə mümkün deyil. Qanunvericiliyə görə, ittiham hökmü çıxarılana qədər 18 yaşı tamam olan şəxslərə bu cəza tətbiq olunurdu. Onlar cəmiyyətdən təcrid edilmədən, xüsusi müəssisələrdə saxlanılırdı. Bu necə ola bilər ki, insanı cəmiyyətdən təcrid etmədən xüsusi müəssisələrdə saxlayasan?”

Millət vəkilinin sözlərinə görə, bəzən cəzanın çəkilməsinə nəzarət edən orqanların azadlığın məhdudlaşdırılmasını azadlıqdan məhrumetmə cəzası ilə eyniləşdirirmələri də bu sahədə problemlərin yaranmasına səbəb olur.






1 Aprel, 2011  20:28 Baxılıb: 1538 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner