Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Zakir Həsənov yaralı hərbçilərə baş çəkdi - FOTOLAR

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti ötən həftə düşmənin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçulara baş çəkmək üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Simsar.az MN-in saytına istinadən xəbər verir ki, əvvəlcə nazirliyin rəhbər heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Sonra Müdafiə naziri hospitalın reanimasiya və ortopediya bölmələrində müalicə olunan yaralı hərbi qulluqçularla görüşüb. Hər bir döyüşçünün sağlamlıq durumu ilə maraqlanan general-polkovnik Zakir Həsənov onlarla söhbət edib, arzu və istəklərini dinləyib.

Müdafiə nazirinə məlumat verilib ki, hazırda yaralılar intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur. Hərbi qulluqçular göstərilən yüksək diqqət və qayğıya görə nazirə minnətdarlıqlarını bildiriblər. Hazırda səhhətlərinin yaxşı olduqlarını və hərbi tibb kollektivi tərəfindən yüksək qayğı ilə əhatə olunduqlarını söyləyən döyüşçülərimiz tezliklə sağaldıqdan sonra hərbi hissələrinə qayıdacaqlarını və düşmənə qarşı mübarizə ararmaq əzmində olduqlarını ifadə ediblər.

Sonda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb heyətinə öz tövsiyə və tapşırıqlarını verib.






8 Avqust, 2014  17:02 Baxılıb: 830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner