Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ konqresmenlərindən Azərbaycana QEYRİ-ADİ İTTİHAM

Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən zəbt edilməsindən 22 il ötür. Amma beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin heç biri yerinə yetirilməyib. Bu günə kimi beynəlxalq ictimaiyyət bu işğala və haqsızlığa göz yümur. Bu azmış kimi Qərb və bir sıra Avropa ölkələri son günlər cəbhə xəttində atəşkəsin intensiv pozulmasında Azərbaycanı günahlandırırlar. Belə ki, üç ABŞ konqresmen Azərbaycan-Ermənistan silahlı qüvvələri arasında gedən son atışmalara reaksiya verərək, Azərbaycan Respublikasını qınayıblar.

Simsar.az “Sahar Tv”-yə istinadla xəbər verir ki, ABŞ konqresmen Adam Schiff, “Twitter” səhifəsində yazıb: “20 ildir ki Azərbaycan əhalisinin əksəriyyəti erməni olan Dağlıq Qarabağa nəzarətinə yenidən bərpa etməyə çalışır. Azərbaycan Qarabağın dinc əhalisinə qarşı hücuma keçir. Zorakılıqlara son qoymaq üçün ABŞ Azərbaycan ilə bütün hərbi əməkdaşlıqlarına son qoymalıdır”.

Brad Sherman isə öz səhifəsində yazıb: “Dağlıq Qarabağ “xalqı” Azərbaycanın təhdidi olmadan öz müqəddəratını təyin etmək haqqı var. Ümid edirəm ki, Azərbaycan snayper hücumlarına son qoyacaq və  onun yerinə Ermənistan və “Dağlıq Qarabağ Respublikası” ilə mənalı danışıqlara başlayacaq”.

David Sisilin isə öz səhifəsində yazıb: “Mən atəşkəs rejimini və beynəlxalq hüquq normalarını pozan Azərbaycan hökumətini qınayıram. Mən Azərbaycan snayperçiləri tərəfindən Qızıl Xaç nümayəndəsinə qarşı hücumdan dəhşətə gəlirəm. Atəşkəs rejiminin pozulması təhlükəli risklərə gətirib çıxaracaq. Ümid edirəm ki, Rusiya prezidenti Azərbaycan tərəfindən zorakılığı dayandırmaq üçün İlham Əliyevi razı edəcək.”

Hələlik Azərbaycan tərəfi Amerika konqresmenlərin iddialarına cavab olaraq, reaksiya verməyib.

Hüseyn İbadlı







8 Avqust, 2014  16:23 Baxılıb: 761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner