Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Oğlum mənə sonuncu dəfə dedi ki...” – Şəhid atası

Cəbhə bölgəsində səfərdə olan bir qrup Azərbaycan ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iyulun 31-də düşmən gülləsinə tuş gələn şəhid Əhmədov Qaryağdı Eldar oğlunun Ağdamın Quzanlı kəndindəki yas mərasimində iştirak ediblər. AzNews.az-ın cəbhə bölgəsində olan əməkdaşının verdiyi xəbərə görə, mərasimdə bildirilib ki, Qaryağdı Əhmədov döyüşdə qəhrəmanlıq nümayiş etdirərək, şəhid olub.

Şəhidin atası Eldar Əhmədov deyib ki, oğlu hərbi hissəyə gedərkən şəhid olacağından fəxr edəcəyini söyləyib: “Oğlum şəhid olduqdan sonra gördüm ki, o vətənin övladıdır və anasının südü ona halal olsun. Cəbhədə gərginlik başlayan zaman məzuniyyətini yenicə tamamlamışdı və sağollaşıb bizdən ayrılanda ondan nigaran qalmamağımızı tapşırdı. Bizə dedi ki, mən şəhid olsam belə ürəyinizi sıxmayın, çünki vətən üçün ölməyimlə fəxr edərəm”.

Şəhidin atası onu da deyib ki, oğlu şəhid olan gün evlərinə bu xəbəri deməyə gələn övladının komandiri bu qanın yerdə qalmayacağını və bütün şəhidlərimizin qisasını alacağına and içib: “Oğlum şəhid olan gün komandiri onun qanını alacağını dedi və ona da əməl etdi. Ordumuzun gücü nəticədə xeyli sayda erməni əsgəri məhv edildi”.

Mərasimdə Ağdam sakinləri də çıxış ediblər: “Müharibə başladığı təqdirdə bütün Azərbaycan vətəndaşları kimi, Ağdam sakinləri də hərbiçilərimizlə birgə erməni işğalında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdı. Hərbiçilərimiz heç nədən narahat olmasınlar”.

Qeyd edək ki, iyulun 31-də axşam saatlarında ermənilərin hücumunu dəf edərkən şəhid olmuş müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu Ağdamın Quzanlı kəndində torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Xatırladaq ki artıq iki gündür bir qrup Azərbaycan ictimaiyyət nümayəndələri və media təmsilçiləri düşmənlə təmasda olan əsgər və zabitlərimizlə görüşür və onların xidməti vəziyyəti ilə yaxından maraqlanırlar.







8 Avqust, 2014  15:02 Baxılıb: 829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner