Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Beş rayon Azərbaycana qaytarılır” - İDDİA

Rusiyanın “Nezavisimaya qazeta” nəşri cəbhədəki gərginlik fonunda prezidentlərin mümkün görüşünü şərh edib.

Simsar.az xəbər veirr ki, qəzetin yeni sayında yazılıb ki, snayper atəşləri dayanmır, tərəflər mütəmadi olaraq aviasiya gücünü nümayiş etdirir.

Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şahin Rzayev prezidentlərin görüşünü şərh edərkən deyib ki, tərəflər arasında yeni razılaşma hazırlana bilər: “İlin sonuna, yaxud da gələn ilin əvvəlinə kimi prezidentlərin danışıqlarında sıçrayış gözləməyə dəyər. Bu sıçrayış ərəfəsində tərəflərin hər biri öz mövqeyini gücləndirməyə çalışır”.

Onun fikrincə, prezidentlərin görüşündə müzakirəyə çıxarılacaq sənəd, demək olar ki, hazırdır.

“Tərəflərin hər biri əlverişli mövqe tutmağa çalışır ki, danışıqlarda verəcəkləri qurban daha ağrısız olsun. Əgər yayılan informasiyalara inansaq, o zaman Qarabağ ətrafındakı yeddi rayonun beşi Azərbaycana qaytarılır. İki rayonun taleyi isə həll olunmamış qalır”,- deyə o bildirib.

“Nezavisimaya qazeta” nəşri hesab edir ki, əgər prezidentlər Soçidə münaqişənin həlli üzrə hansısa praktiki hərəkətlərə nail olmasalar, o zaman təmas xəttindəki gərginliyin artması qaçılmaz olacaq. Həmçinin bildirilib ki , hər iki tərəfdə ümumi ab-hava müharibəyə köklənib. “Müharibənin başlanması üçün ümumi şərait yetişib. Əgər Soçi görüşü vəziyyəti yumşaltmasa, müharibə başlaya bilər. Bu gözləniləndir”, - nəşr qeyd edib.

Hüseyn İbadlı

 






8 Avqust, 2014  14:08 Baxılıb: 830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner