Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məhkumlar aclıq aksiyası keçirmir - PENİTENSİAR XİDMƏTİ

Penitensiar xidmətinin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev bir sıra məhbus valideynlərini qəbul edib.


Simsar.az-a qurumun mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, son vaxtlar bir sıra müxalifyönlü mətbu orqanlarda guya həbsxana və cəzaçəkmə müəssisələrində məhkumların kütləvi aclıq aksiyası keçirmələri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunur. İctimai fikrin çaşdırılmasına yönəlmiş belə xəbərlər cəza çəkənlərin yaxınlarının haqlı narazılığına səbəb olaraq onları narahat edir.

Bunu nəzərə alaraq, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev 7 avqust 2014-cü il tarixdə Həbsxanada cəza çəkən bir sıra məhkumların valideynlərini və yaxın qohumlarını qəbul edib. Qəbul zamanı M. Quliyev məhkumların yaxınlarını dinləmiş, onları maraqlandıran bütün məqamlara aydınlıq gətirmiş və narahatlığa heç bir ciddi əsas olmadığını bildirib.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ictimaiyyətə rəsmi olaraq bəyan edir ki, heç bir həbsxana və cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir.

Kütləvi informasiya vasitələrinə ötürülən bu cür əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən Penitensiar xidmətin “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na uyğun həyata keçirdiyi tədbirlərə göstərilən reaksiyadır.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti olaraq bir daha bildiririk ki, Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinin pozulmasına yönəlmiş bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.






8 Avqust, 2014  13:59 Baxılıb: 622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner