Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirliyə müraciət edənlərin sayı açıqlandı

142 - “Çağrı mərkəzi”nə 2877 müraciət olub

Cari ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən ümumilikdə 2877 müraciət daxil olub.

Simsar.az xəbər verir ki, müraciətlərin 35 faizi ƏƏSMN-nin ayrı-ayrı fəaliyyət sahələrində aparılan islahatlar, xüsusən cari ilin 1 iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar olaraq sorğu xarakteri daşıyıb.

Ümumi müraciətlərin 1341-i əmək qanunvericiliyinin tətbiqi, əmək hüquqlarının təminatı, əməyin mühafizəsi, 1158-i sosial təminat növlərindən istifadə və müavinət məsələlərini əhatə edib. Həmçinin əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələlərinə dair 171, məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma və s. məsələlərə dair  207 müraciət daxil olub.

Qeyd edək ki, 142-“Çağrı mərkəzi”nə edilən hər bir müraciət qeydə alınaraq, nazirliyin aidiyyatı struktur bölmələri ilə birgə operativ və obyektiv şəkildə araşdırılıb və qanunauyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə əlaqədar isə müvafiq izahat işləri aparılıb.

Vüsal Qarayev

 

 






8 Avqust, 2014  10:52 Baxılıb: 698 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner