Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avropa İttifaqının ekspertləri Azərbaycanda

Ölkədə qeyri-dövlət pensiya fondlarının öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlər işlənəcək. Bu məqsədlə Avropa İttifaqının ekspertlər qrupu, müxtəlif dövlət orqanları və digər təşkilatlarla görüş keçirmək, Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili və digər araşdırma işlərinin aparılması məqsədilə hazırda ölkəmizdə səfərdədir.

Simsar.az xəbər verir ki, səfər Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi çərçivəsində həyata keçrilir.

Bu barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, DSMF və Avropa İttifaqının birgə layihəsinin qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin hazırlanması sahəsində əsas məqsədlərindən biri də, həmin fondların qeyri-dövlət pensiya təminatı sahəsində fəlaiyyəti ilə əlaqədar meydana çıxan öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlərin işlənməsidir.

Qeyd edilən məsələlərin araşdırılması məqsədilə Avropa İttifaqının ekspertləri artıq Mərkəzi Bank, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Fondu, Azərbaycan İpoteka Fondu, Azərbaycan Beynəlxalq Bankı, Bakı Banklararası Valyuta Birjası, Bakı Fond Birjasında və digər qurumlarda görüşlər keçiriblər.

Vüsal Qarayev







8 Avqust, 2014  10:12 Baxılıb: 660 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner