Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ İraqa bomba yağdırdı – İDDİA

ABŞ-ın Şimali İraqdakı İŞİD hədəflərini bombaladığı iddia edilib.

Simsar.az xəbər verir ki, New York Times, Kürd səlahiyyətlilərə istinadən, ABŞ hərbi güclərinin İraqda ən az 2 hədəfi bombaladığını irəli sürüb. Lakin bu xəbər ABŞ Müdafiə Nazirliyi tərəfindən yalanlanıb.

Obama açıqlama verdi

ABŞ prezidenti Barak Obama amerikalılara telemüraciətində İraqdakı terrorçuların mövqelərinə məhdud hava zərbələrinin endiriləcəyini bəyan edib.

“Zərurət yaranacağı təqdirdə aviazərbələrin endirilməsinə icazə verdim”, deyə Obama bildirib və ABŞ-ın yeni müharibəyə sürükləndirilməsinə yol verməyəcəyini qeyd edib.

Onun sözlərinə görə, İraqdakı dini azlıqların soyqırımının qarşısının alınması və bu ölkədəki ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə zərbələr “İslam Dövləti” qüvvələrinin mövqelərinə endiriləcək.

“İslam Dövləti” qüvvələri ezid xalqının sistemli şəkildə tamamilə məhv ediləcəyini bəyan edib, bu isə soyqırımın törədilə biləcəyindən xəbər verir”, deyə Obama qeyd edib.

Onun sözlərinə görə, İraq hökuməti qətliamın qarşısını almaq məqsədilə yardım göstərilməsi üçün ABŞ-a müraciət edib.

New-York-Times qəzetinin xəbərinə görə, Amerikan hərbi güclərinin İraqda ən az 2 İŞİD mövqeyini bombalaması xəbəri, Ərbildə fəaliyyət göstərən Kürd televiziyasında yer alıb.

Vüsal Qarayev

 






8 Avqust, 2014  08:43 Baxılıb: 724 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner