Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sabirabadda qəza: 2 ölü, 5 yaralı

Sabirabadda 2 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Simsar.az-ın məlumatına görə, saat 18.00 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində “Toyota-Prado” markalı 90 KP 014 dövlət nömrə nişanlı avtomobillə VAZ 21014 markalı M 569 MP 123 RUS dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə nəticəsində VAZ 21014 markalı avtomobilin sürücüsü 1959-cu il təvəllüdlü Saatlı rayon sakini Abbasov Oktay Əsgər oğlu hadisə yerində ölüb, Bakı sakini 1952-ci il təvəllüdlü Surxayev Zakir Səlim oğlu isə xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib, digər sərnişinlər - Biləsuvar 2-ci qəsəbə sakini 1976-cı il təvəllüdlü Həşimova Xalidə Balaca qızı, Bakı sakini 1952-ci il təvəllüdlü Səmədov Allahverdi Cəmil oğlu, Biləsuvar 2-ci qəsəbə sakini 2002-ci il təvəllüdlü Həşimov Tural Qədir oğlu, Bakı sakini 1959-cu il təvəllüdlü Səmədov Xalıqverdi Cəmil oğlu və Bakı sakini 1952-ci il təvəllüdlü Rüstəmova Sədaqət Fikrət qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.






7 Avqust, 2014  21:11 Baxılıb: 833 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner