Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azay Quliyev narazı QHT rəhbərləri ilə görüşdü

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyində QHT sektoruna aid aktual məsələlər müzakirə edilib.

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şuranın sədri Azay Quliyev ölkədə fəaliyyət göstərən bir sıra QHT rəhbərlərinin müraciətini nəzərə alaraq onlarla görüş keçirib. Görüşdə QHT qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra qrant müqavilələrinin qeydiyyatı, bu haqda QHT-lərə verilən bildirişlər, təşkilatların bank hesablarına vəsaitlərin köçürülməsi və çıxarılması, eləcə də QHT gündəmi üçün aktuallıq kəsb edən digər məsələlərlə bağlı geniş müzakirələr olunub.

Şuraya daxil olmuş müraciətlər və onların ümumi məzmunu haqqında Şuranın hüquq və monitorinq komissiyasının sədri Əliməmməd Nuriyev məlumat verib. QHT qanunvericiliyinə edilmiş son dəyişiklilərdən sonra qrant müqavilələrinin qeydiyyatı, bu haqda qrant almış təşkilatlara müvafiq bildirişlərin verilməsi və bank hesablarından istifadə məsələlərində bəzi QHT-lər müxtəlif çətinliklərlə üzləşməsi qeyd edilib:

“Məsələlərin nizamlanması üçün Şura rəhbərliyi, eləcə də hüquq və monitorinq komissiyası Ədliyyə Nazirliyi, Mərkəzi Bank və digər qurumlarla birlikdə araşdırmalar aparır, QHT-lərin fəaliyyətinin mövcud qanunvericiliyə uyğun şəkildə nizamlanmasına çalışırlar”.

Çıxış edən QHT sədrləri Mirvari Qəhrəmanlı, Rəna Səfərəliyeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Əvəz Həsənov, Hafiz Həsənov, Samir Əliyev, Razi Nurulla, Vüqar Bayramov, Fuad Həsənov, Səadət Bənənyarlı, Elçin Abdullayev, Mehriban Zeynalova, Şövkət Əlizadə, İlqar Hüseynli, Qalib Toğrul, İlham Səfərov, Sabit Bağırov və başqaları müzakirə edilən məsələlərlə bağlı öz fikir və təkliflərini bildirdilər.

A.Quliyev irəli sürülən təkliflərin bir daha Şura tərəfindən nəzərdən keçiriləcəyini və ümumiləşdirilərək müvafiq qurumlarla müzakirə ediləcəyini diqqətə çatdırdı.

Sonda QHT-lərin əsas məsələləri haqqında ümumi razılığa gəlinib və onların həlli istiqamətində işlər görüləcəyi bildirilib.






7 Avqust, 2014  19:29 Baxılıb: 677 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner