Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Əmək məcəlləsi daha çox tikinti şirkətlərində pozulur" - Səttar Möhbalıyev

Əmək Məcəlləsinin pozulması halları daha çox özəl sektorda, xüsusən də tikinti şirkətlərində baş verir. Simsar.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev vurğulayıb ki, isti havada işçilər açıq hava şəraitində fasilələrlə işləməlidirlər, qapalı yerlərdə onlara sərinləşdirici içkilər verilməlidir: "Dövlət müəssisələrində bu qaydalara əməl olunsa da, özəl sektorlarda müəyyən problemlər mövcuddur. Yəni, həmkarlar təşkilatları olan yerlərdən məlumat alırıq və məsələni qaldırırıq, ancaq həmkarlar təşkilatları olmayan yerlərdə isə iş şəraitinə nəzarət imkanımız olmur".

AHİK sədri vurğulayıb ki, tikinti şirkətlərinin demək olar ki, yarı faizində həmkarlar təşkilatları yoxdur: "Səbəb ondan ibarətdir ki, hər hansı bir binanın tikintisinə o qədər də uzun müddət tələb olunmur. Yəni, tikinti şirkətlərində işçilərlə danışıb, həmkarlar təşkilatını formalaşdırana qədər, artıq iş yekunlaşır və işçilər başqa yerlərə gedirlər".






7 Avqust, 2014  16:38 Baxılıb: 719 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner