Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Ermənistana təzyiq etməyə ehtiyac yoxdur, çünki...” – MİLLƏT VƏKİLİ

“Ermənistana təzyiq edib, sülh istiqamətində müəyyən irəliləyiş əldə etmək üçün şans yaranıb”.

Bunu Simsar.az-a Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan Ermənistan Prezidentlərinin Soçi görüşünü şərh edərkən deyib.

O bildirib ki, Ukrayna hadisələrindən sonra Rusiya dünayada təklənib: “Bu gün Rusiya üçün imkan yaranıb ki, həm Azərbaycanla münasibətləri möhkəmləndirsin, həm də sülh istiqaməti üzrə irəliləyiş əldə edə bilsin. Əslində Ermənistana təzyiq etməyə ehtiyac yoxdur. Çünki Ermənistan müstəqilliyini itirib və forposta çevrilib. Ona görə də Rusiaynın istəyi olan kimi Ermənistan işğal altında olan Azərbaycan torpaqlarını boşaldacaq”.

Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfərindən danışan deputat bildirib ki, ölkə başçısının bəyanatları Azərbaycana qarşı edilən istənilən təxirbata qarşı laiqli cavab oldu: “Azərbaycan hökmən öz torpaqlarını azad edəcək. Azərbaycanla hədə-qorxu dilində, şantaj dilində danışmağın heç bir mənası olamayacaq”.

Hüseyn İbadlı







7 Avqust, 2014  14:57 Baxılıb: 758 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner