Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Pop kralının ferması 60 milyona dollar SATIŞDA

2009-cu ildə ölən məşhur pop kralı Maykl Ceksonun Amerikanın Los-Anceles şəhərindəki hovuzları, əyləncə parkları və zooparkı ilə məşhur min hektarlıq Nevreland adlı ferması, yeni sahbini gözləyir.

Simsar.az xəbər verir ki, Maykl Ceksonun “Nevereland Ferması” satışa çıxarılıb. Müğənninin: “Uşaqlığımdan sahib olmadığım hər şeyi özündə birləşdirən yer” olaraq adlandırdığı fermanın həqiqi dəyərinin 27 milyon dollar olduğu müəyyənləşdirilib. Ancaq adını nağıl qəhrəmanı Peter Pan və dostlarının yaşadığı yerdən alan min hektarlıq Neverelandın yeni sahibi Kolony Kapital adlı investisiya şirkəti, fermanın ən az 60 milyon dollara alan alıcısının olacağını deyib. Buna səbəb kimi Ceksonun məşhurluğu göstərilir. 1988-2005-ci illərdə Ceksonun yaşadığı Nevereland Fermasının satışının yaxın günlərdə həyata keçiriləcəyi açıqlanıb. Min hektar ərazi üzərində inşa edilən ferma nəhəng qapılı, əyləncə parkları, oyun otaqları və kinozalları ilə məşhur idi. Fermanın ən çox söz-söhbət gətirən tərəfi isə burda yerləşən zooparkdır. Cekson ferma haqqında: “Uşaqlığımda əyləncə parklarına, zooparklara gedə bilmirdim.  Bir sözlə, mən də uşaqlığımı bu fermada yaşayıram. Aslan və pələnglərin bütün növləri, tmsahlar, fillər, zürafələr...hamısı burda var” demişdi.

İllik xərci 4 milyondur

Ceksonun ölümündən sonra fermanı satın alan Kolony Kapital Neverelandı niyə satışa çıxarılması ilə bağlı bir açıqlama vermədi. Ancaq şou mediasının yaydığı məlumata görə fermanın illik xərcləri 4 milyon dollara çatdığı üçün belə bir qərar alınıb. Digər tərəfdən Ceksonun ölümündən əvvəl son illərini keçirdiyi Las-Veqasdakı evi də satışa çıxarılacaq.

2011-ci ildə 4.8 milyon dollara satışa qoyulan malikanənin bu günkü qiyməti isə 19.5 milyon dollar olaraq dəyərləndirilib.

 

Günel

 






7 Avqust, 2014  13:08 Baxılıb: 780 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner