Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Hafiz Hacıyev min nəfərlə cəbhəyə gedir

Müasir Müsavat Partiyası (MMP) 1000 nəfərlik dəstə ilə cəbhəyə getməyə hazırlıq görür. Simsar.az xəbər verir ki, Azərbaycanla Ermənistan sərhəddi və təmas xətti boyunca hər iki tərəfdən canlı qüvvə itkisi ilə nəticələnən atəşkəs pozuntusu MMP üzvlərini hərəkətə gətirib. Bununla bağlı partiyanın İdarə Heyəti təcili toplantı keçirib. Toplantıda torpaqların azad edilməsi üçün lazımı anda cəbhəyə getmək qərarı verilib. Artıq partiya daxilində bu yöndə ciddi hazırlıq görülür. Rəhbərlik Təşkilat Şöbəsinə 1000 nəfərlik əksəri ordudan tərxis olunmuş və sovet dövründən bu yana istefada olan hərbi qulluqçuların siyahısının tutulmasına göstəriş verib.

Qeyd edək ki, MMP-nin sıravi üzvləri də bu qərara seviniblər. Orduya, cəbhə bölgəsinə, vətənin müdafiəsinə qatılmaq, ön xəttə vuruşmaq onların ən böyük arzusu olduğunu deyiblər və partiya sədrindən yaradılacaq könüllülər dəstəsinə adlarının yazılmasını xahiş ediblər.

Məlumat üçün deyək ki MMP sədri Hafiz Hacıyevin adı siyahıda birincidir. Partiya üzvləri torpaqlarımızın azad olması və müstəqilliyimizin qorunub saxlanılması üçün dövlətin və ölkənin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün qərarlara canla-başla hazır olduqlarını deyirlər.







7 Avqust, 2014  12:41 Baxılıb: 804 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner