Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik 125 min manat dövlət büdcəsinə ödədi – CƏRİMƏ PULU

1840 halda əmək qanunvericiliyi pozulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, cari ilin iyul ayında ayrı-ayrı müəssisələrdə, ümumilikdə 1840 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib. Bu göstərici ötən ilin iyul ayına dair müvafiq göstərici ilə müqayisədə 15,9 faiz çoxdur.

Simsar.az xəbər verir ki, aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar, İnzibati Xətalar Məcəlləsinin aidiyyatı maddələri üzrə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 37,3 faizi (125059 manat) dövlət büdcəsinə ödənilib. Bu da  ötən ilin iyul ayında ödənilən məbləğlə müqayisədə 18,8 dəfə çoxdur.

Qeyd edək ki, İş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi, işçilərin əmək hüquqlarınun təmin olunması, o cümlədən onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.

Vüsal Qarayev







7 Avqust, 2014  11:42 Baxılıb: 659 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner