Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Kritik üçbucaq, İŞİD-a ağır ZƏRBƏ

İŞİD hər gün, Suriya, İraq və Türkiyənin kəsişdiyi Kürd kontrolundakı üçbucaq bölgə üçün hücumlarını artırır. Kürdlər isə bu arada, əks hücuma başlayıblar. Bir yandan kürdlərin birlikdə hücumları, digər yandan İraq ordusunun hava bombardmanıyla İŞİD Mosulu ikiyə bölən Dəclə çayının şərqindəki bir çox yerdə vurulub. Hakkari üzərindən də İraq hərbi təyyarələri uçur.

İraqda Sincardan qaçan və əsir düşən insanların faciəsi BMT Təhlükəsizlik Şurasını da hərəkətə keçirib. Bir çox yeri döyüşsüz ələ keçirən İŞİD ilk dəfə ciddi müqavimətlə rastlaşıb. PKK və Suriyadakı kürd bölgəsi Rojavanın müdafiə gücü YPG, Sincar və Suriya-İraq sərhəddindəki Rabiada İŞİD-lə vuruşarkən, Peşmərgə gücləri də İraq ordusunun hava hücumlarının dəstəyi ilə Mosuldakı İŞİD mövqelərini vurub.

Mosul bölüşdürülüb

Ortaq hücum Bağdadın Ərbilə ağır çaplı silahlar göndərməsi və Kürdüstan Regional Hakimiyyətinin rəhbəri Məsut Bərzaninin hücum əmri verməsylə başlayıb. İddiaya görə ortaq hücum, Dəclə çayının ikiyə böldüyü Mosulun şərqinin Peşmərgənin, qərbinin isə mərkəz güclərin kontrolunda olması razılaşmasıyla başlayıb.

İŞİD, Zummarı ələ keçirdikdən sonra Ərbilə doğru bir addım daha atarkən, Sincardan sonra da, Türkiyə sərhəddinə çıxan stratejik keçid marşrutuna göz dikmişdi.

İŞİD darmadağın edilir – qaynaqlar

Bir xarici qaynaqdan gələn məlumatlarda bildirilir ki, hazırda İraq ordusu hava hücumlarını genişləndirib. Mosul, Səlahəddin, Diyala, Bakuka, Fellucə və Tikrit kimi bölgələrdə İŞİD mövqeləri, hətta İŞİD- dəstək verməkdə günahlandıran Sünni bölgələri də bombalanıb.

Digər bir qaynaqdan gələn məlumatda: “Peşmərgə qurudan, İraq ordusu isə havadan Mosula hücum edir. Dəclə çayının şərqində bir çox yerdə İŞİD darmadağın edilib. Mosulun girişindəki Qahirə səmti və Başhika qəsəbəsi İŞİD-dən geri alınıb. Mosulun mərkəzindəki İŞİD qərargahı da hədəf alınıb. İŞİD şəhəri tərk etmək istəyən mülkilərə əngəl olur”, - deyilir.

Daha bir qaynaq isə, Dəclə çayının şərqinin İŞİD-dən təmizləndiyini. Hətta Dəclənin 2-3 km qərbindəki qubernatorluq binasının ələ keçrildiyini, deyir.

Ərbilin 60 km-də döyüşlər

Dünən gecə Ərbilin 60 km-dəki Mahmura girməyə çalışan İŞİD ciddi müqavimətlə rastlaşıb. Gündüz isə Qayere və Giverdə də döyüşlər olub. Bildirilir ki, İŞİD bu döyüşlərdə Giveri ələ keçirib. İraq ordusu isə Mahmurda İŞİD-in ərzaq göndərilməsini təmin etdiyi köpünü havadan vurub. Peşmərgə Nazirliyi Baş Katibi Cabbar Yavər, “ İraq hökumətiylə 1500 km-lik sərhəddimiz boyunca təhlükəsizliyimiz varıydı. İndi İŞİD-lə aramızda 1050 km-lik bir sərhədd yarandı. Taktikamızı müdafiədən, hücuma dəyişdik”, deyib.

Vüsal Qarayev







7 Avqust, 2014  08:13 Baxılıb: 919 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner