Simsar.Az xəbər verir ki, Azərbaycanın xalq artisti Amaliya Pənahova Rusiyanın 1-ci kanalında yayımlanan "Yasmin" adlı serialda rol alır.
Türk qadını obrazını canlandıran xanım Pənahovanın tərəf müqabilləri rusiyalı aktyorlar Natalya Dvoreçkaya, Yekaterina Radçenko, İvan Rudakov və başqalarıdır.
Serialda həmçinin azərbaycanlı və türk aktyorları da çəkilirlər.
Simsar.Az serialın bu gün yayımlanmış bölümündən olan foto-kardları oxucularına təqdim edir.
Şahin Cavadsoy
Simsar.Az