Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Müğənni Kərimin "avtoş"luğu - VİDEO

Sosial şəbəkələrdə və mətbuatda sükan arxasına keçəndən sonra hər şeyi unudub sürət həddini aşan məmur və oliqarx balaları haqda dəfələrlə məlumatlar görmüşük.

Onlar maşını yüksək sürətlə idarə edir, yollarda “avtoş”luq edir, digər insanların həyatına təhlükə yaradırlar. Bu hərəkətlərini də əks etdirən görüntüləri lentə alıb sosial şəbəkələrdə paylaşırlar.

Simsar.az Virtualaz.org saytına istinadən xəbər verir ki, daha bir belə video yayılıb. Sürət həddini aşan, “avtoş”luq edən bu dəfə məmur və ya oliqarx balası deyil, qazancı toyxanalardan çıxan müğənnilərdən biridir.

Sosial şəbəkələrdə müğənni Kərim Abbasovun avtomobilini yüksək sürətlə idarə etməsini əks etdirən görüntü yayılıb. Müğənni avtomobilini saatda 210 km sürətlə idarə edir. Hələ bu da azmış kimi müğənni deyir: “Ulduz oldun belədir. 200-lə getmək lazımdır”.

Müğənni “ulduz” olduğu üçün saatda 200-lə gedir. Amma bilmir ki, bu sürət həddini aşmaq qəti şəkildə qadağandır. Bu sürət ya bu “ulduz”un özünü, ya da həmin yolda hərəkət edən digər şəxslərin “ulduzunu söndürə” bilər...






6 Avqust, 2014  17:27 Baxılıb: 974 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner