Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

2 aydır mühasirədə döyüşən Türkmən qəsəbəsi - FOTOLAR

Türkmən qəsəbəsi Amreli İŞİD-in mühasirəsi altındadır. Ətrafındakı 34 kəndin hamsının İŞİD kontrolunda olduğu Türkmən qəsəbəsi , 2 aydır mühasirədə mübarizə aparır.

20 min sakinili, 2 aydır mühasirədə vuruşan qəsəbəyə AFB agentliyi girə bilib.

Qaz, işıq, su, yemək, dərman yoxdur

Türkmənlər yaşadıqları Amreli qəsəbəsi 2 aydır qorunmaq üçün İŞİD-lə vuruşurlar. Qəsəbəyə ilk hücum Mosulun alındığı 10 iyundan başlayıb. Bələdiyyə məclis üzvü Şükür Zain, sonadək vuruşacaqlarını deyir: “Onları durdurmağa yetəcək gücümüz var, ancaq Federal hökumət bizə daha çox silah göndərməlidir”.

AFP agentliyinin çəkdiyi şəkillədə ölən bəz İŞİD döyüşçülərinin meyidləri, tolanılmadan açıq ərazilərə səpilib.

Türkmən fəal Əli el Bayati, Amreli xalqının ölüm tələsində olduğunu deyir: “Qadınlar, uşaqlar, yaşlılar üçün insani dəhlizə ehtiyyacımız var”.

Amreli, peşməgənin kontrolunda olan Tuzhurmatu şəhərindən sadəcə 25 km aralıdır. Bayati, İraq hava qüvvətlərinin, insanların Tuzhumartuya daşınmasına yardım edə biləcəyini deyir.

Bölgə sakinləri şərtlərin çətinliyindən qan ağlayır. İçmək üçün təmiz su yoxdur, qaz yoxdur, işıq yoxdur. Kəndçilər yemək təmin etmək üçün, bütün mal-heyvanlarnı kəsiblər.

Qeyd edək ki, Amrelidə hərbi təlim keçmiş təxminən 400 Türkmən var.

Vüsal Qarayev











6 Avqust, 2014  16:54 Baxılıb: 831 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner