Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Dağlıq Qarabağdakı son durum – İSRAİL MEDİASINDA

İsrailin “Birinci radio” radiostansiyasında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələr şərh edilib. Simsar.az xəbər verir ki, bu barədə məlumatı “Birinci radio”nun daimi şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.

O bildirib ki, dünən İsrailin “Birinci radio” radiostansiyasının ölkə sakinləri arasında çox populyar olan “Günün hadisələri” verilişində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son hadisələr şərh edilib. İsrail radiosunun tanınmış aparıcısı Mark Kriçevskinin Ermənistan ordusu tərəfindən bütün cəbhə xətti boyunca atəşkəs rejiminin pozulmasının səbəbləri haqqında suallarını cavablandıraraq qeyd edib ki, Ermənistan ordusu tərəfindən bütün cəbhə xətti boyunca atəşkəs rejiminin pozulması ilə bağlı son hadisələr Azərbaycanı işğalçı qüvvələrə qarşı adekvat tədbirlər görməyə vadar edir.

İsrailli ekspert vurğulayıb: “Artıq 22 ildir ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunu və bu bölgəyə bitişik 7 rayonunu işğal altında saxlayır. İşğal nəticəsində ölkədə bir milyon qaçqın vardır. Rəsmi Bakı regionda mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq, Ermənistan isə başa düşməlidir ki, Azərbaycanın səbri tükənib, beynəlxalq hüquq normalarına görə Azərbaycan nəinki özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərini azad etmək hüququna malikdir”.

Verilişin aparıcısı bu toqquşmaların real müharibəyə çevrilməsi perspektivləri barədə soruşanda Arye Qut vurğulayıb ki, Azərbaycan bu münaqişənin dinc yolla tənzimlənəcəyinə inanır və ümid edir. Arye Qut deyib: “Azərbaycan Ermənistanla dinc yanaşı yaşamağa hazırdır, lakin bunun müqabilində Azərbaycan ilk növbədə ölkənin işğal edilmiş rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, habelə azərbaycanlı qaçqınların öz doğma yurdlarına qaytarılmasını tələb edir. Bunun əvəzində rəsmi Bakı Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verməyə hazırdır, onun forması və dərəcəsi ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar prosesində razılaşdırılmalıdır. Təəssüf ki, bu münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupu hazırda praktiki olaraq fəaliyyət göstərmir, o, iflic vəziyyətindədir və Ermənistana ciddi təsir göstərməyə qabil deyildir. Bununla əlaqədar, xatırlatmaq artıq olmaz ki, Azərbaycan öz torpaqlarının hərbi yolla qaytarılmasının mümkünlüyünü heç vaxt istisna etməyib”.

Arye Qut Ermənistanda vəziyyət barədə fikirlərini yekunlaşdıraraq vurğulayıb ki, rəsmi Bakı üçün Ermənistanda yaranmış kədərli sosial-iqtisadi vəziyyəti, həmçinin Azərbaycanın mövcud geosiyasi və hərbi potensialını nəzərə alaraq Ermənistana sərt və güclü cavab vermək üçün zəruri imkan yaranıb.

 

Hüseyn İbadlı







6 Avqust, 2014  16:53 Baxılıb: 3709 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner