Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsrail generalının oğlu: “Ölkəm Fələstinə zülm edir"

Atası İsrail generalı olan bir fəal və yazar Miko Peled, İsrailin güclü orduya sahib irqçi və fürsətçi bir dövlət olduğunu bildirərək: “ Ölkəm uzun zamandır ki, Fələstin xalqına qarşı zülm, hətta soyqırım edir” deyib.

Simar.az xəbər verir ki, “Generalın oğlu” adlı kitabın yazarı olan Peled 1961- ci ildə  Qüdsdə sionist bir ailədə dünyaya gəlib. Atası Mattinin 1948- ci ildəki müharibədə İsrail ordusunun gənc əsgəri, 1967- ci ildə isə general olduğunu deyən Miko Peled verdiyi açıqlamada, İsrailin Fələstin xalqına qarşı dürüst davranmadıqca aydın bir gələcəyə sahib ola bilməyəcəyini bildirib.

Kitabında bir neçə xüsusa diqqət çəkdiyini bildirən Peled, “Bunlardan birincisi; əgər fərqli olanları dinləyə biliriksə, öz mövqeyimizi, düşüncələrimizi dəyişdirə biləcəyəik. Digər bir mesaj isə qorxunun güvən ilə yer dəyişməsi, beləliklə də iki ulusun bir yerdə, daha yaxşı bir gələcək qurmasıdır”, deyib.

“İsrail irqçi və fürsətçi bir dövlətdir” deyən Peled bunları da qeyd edib: “İsrail Fələstini işğal etdi. Biz israillilər o torpaqlara sonradan gəlib yerləşdik. Mən fələstinlilərin də israillilərlə bərabər hüquqlara sahib olmasını mdafiə edirəm. İsrail ilə Fələstin arasındakı təməl problem, öldürmək istəyən, zorakılıq tərəfdarı olan və Fələstin torpaqlarında dövlət qurmaq istəyən İsrailin davranışlarıdır. Ən təməl, ən böyük problem İsraildir.

Mənim ölkəm İsrail uzun müddətdir ki, Fələstin xalqına qarşı zülm, hətta soyqrım etməkdədir”. Dünyanın  İsrailin Fələstin xalqına etdiyi bu zülmü soyuqanlılıqla izləməsinə bir söz tapmadığını ifadə edən Peled, İsrailin fövqəladə lobbi fəaliyyətləri yeritdiyini və buna görə də digər dövlətlərin İsrailin etdiklərini dəstəklədiyinə diqqət çəkib.

“ABŞ Müsəlmanlara qarşı ikiüzlü davranır”

ABŞ-ın da İsrailin Qəzzadakı qətliamlarında iştirak etdiyini müdafiə edən Peled, “ABŞ, İsrailin etdiyi zülmlərin ortağıdır. Eyni şeyi, İsrailə silah satan Almaniya və İngiltərə üçün də söyləyə bilərik. Eyni şəkildə misirlilər də bu olanlara şərikdir, çünki tam anlamda İsrail ilə əməkdaşlıq içərisindədilər” deyib. “ABŞ Müsəlmanlara qarşı ikiüzlü davranır” deyən Peled Ərəb və İslam dünyasının Amerikanın və  İsrailin bu hərəkətlərinə görə bir hərəkət etmələrini istədiyini deyib. Bundan başqa Peled, İsrail ilə Fələstin xalqları arasındakı barış və bir yerdə yaşamın sadəcə sionizmin ortadan qalxmasıyla mümkün olacağını bildirib və sionizm daxil bütün ideologiyaların qısa müddətli olduğunu, bir gün tarixin zibil qutusuna atılacağını söyləyib.

Günel







6 Avqust, 2014  15:18 Baxılıb: 823 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner