Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Gömrük Komitəsinin sədr müavinindən AÇIQLAMA

"Bəzi hallarda fiziki şəxslər tərəfindən “Euro-4” standartlarına cavab verməyən maşınların müvəqqəti gətirilməsi zamanı müəyyən pozuntulara yol verilir".

Simsar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov bildirib. Onun sözlərinə görə, bu problemin aradan qaldılırması üçün nəzarət tədbirləri gücləndirilib: “Müvafiq tətbiqedici sənədlər əsasında müvəqqəti gətirilmələrə yol verilir. Müvəqqəti gətirilmə zamanı fiziki şəxslər tərəfindən yəni nəqliyyat vasitəsini idarə edən şəxs təsdiqedici sənədlər təqdim etməlidir”.

Komitə sədrinin müavini bildirib ki, hal-hazırda müvəqqəti gətirilmə ilə bağlı bəzi problemlər mövcud idi: “Həmin problemlərin aradan qaldırılmasında Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq tədbirlər görülür. Müvəqqəti gətirilmənin müddəti 90 günə qədərdir. Bizim tədbirlərimiz ona yönəlib ki, bu pozuntular davam eləməsin, bu sahədə növbəti tədbirləri gücləndirək. Hələki bu barədə ciddi bir problem yoxdur”.

Azərbaycanla İran arasında yeni keçid məntəqəsinin yaranmadığını bildirən Ş.Bağırov vurğulayıb ki, iki ölkə arasında artıq bütün keçid məntəqələri bəllidir: “Bu keçid məntəqələri Beynəlxalq statuslara malikdir: “Sadəcə bizim növbəti görüşümüzdə gömrük məsələlərində əlaqələrin daha da gücləndirilməsi əks olunacaq”.

Hüseyn İbadlı






6 Avqust, 2014  14:48 Baxılıb: 692 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner