Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“İran münaqişənin həllində yer almaq istəyirsə...” -POLİTOLOQ

“İran ən azı 3 məsələni Azərbaycanla məsləhətləşməyə təqdim edə bilər”

“İranın davranışından belə başa düşmək olar ki, ən azı İran 3 məsələni Azərbaycanla məsləhətləşməyə ehtiyac hiss edir”. Bunu Simsar.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu İranın Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsəndə rol almaq istəyi ilə bağlı deyib.

Politoloq birinci ehtimalın Dağlıq Qarabağ regionunda sülhməramlıların yerləşdirilməsi ilə bağlı olduğunu bildirib. “Dağlıq Qarabağ özü və ətrafındakı yeddi rayon işğal olunmuş Azərbaycan əraziləridir. Azərbaycan bu məsələdə ərazi bütövlüyü prinsipinin təmin olunması ilə yanaşı dövlət suverenliyi prinsipinin də tam işləməsinə çalışır. Bu o deməkdir ki, Azərbaycan bu ərazilərdə suverenliyini cüzi də olsa hər hansısa bir dövlət və ya beynəlxalq qüvvə ilə bölüşmək istəmir. Bu ərazilərə hər hansısa formada sülhməramlıların gəlməsi azərbaycanlıların suverenliyinin qismən də olsa məhdudlaşdırılması deməkdir. İranla məsləhətləşmə aparıb, sülhməramlıların DQ münaqişəsi zonasına gəlməməsi üçün müəyyən addımlar atmaq olar. Amma bu zaman İran yarımçıq və ya ikibaşlı oyunlardan imtina etməlidir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində İranın vasitəçilik təşəbbüsünü Azərbaycan qəbul, Ermənistan isə rədd etdi. Bu İranın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyində zərrə qədər dəyişiklik yaratmadı. Ən azı  İranın Ermənistandakı səfiri M.Rəisinin son bəyanatı bunu deməyə imkan verir”.

Politoloq M.Əhmədov ikinci məsələni İranın Qəzza sektorundakı vəziyyətlə bağlı mövqeyinə aid edir. “75-80 milyon əhalisinin olduğunu iddia edən İran Qəzza məsələsində gücsüz mövqe ortalığa qoydu. Bütün dünyanı, o cümlədən müsəlman dünyasını Qəzzaya adam, pul yardımı göndərməməkdə ittiham etdi. Müsəlman ölkələrinin içərisində ən çoxsaylı ölkələrdən biri İrandır. 75-80 milyon əhalisi var. Eləcə də ayrı-ayrı dini məmurların pulu bir neçə on milyardla ölçülür. Belə İranın özgə dövlətdən Qəzzaya yardım tələb etməsi normal məntiqlə izah oluna bilmir. Digər tərəfdən Qəzza müharibəsinin ən qızğın dövründə İranla Qərb arasında intensiv dialoq mövcud idi. Hətta İranın xarici işlər naziri ABŞ dövlət katibi C.Kerri ilə Vyanada üç dəfə ayrıca, əlahiddə görüş keçirdi. Kerri məhz İran xarici işlər naziri ilə danışıqlardan ötrü əlavə iki gün Vyanada qaldı. Lakin İran rəhbərliyi bu danışıqlarda bir dəfə də olsun Qəzzanın adını tutmadılar. İranın Qəzza siyasəti forma və məzmunca İran hicabı siyasətinə bənzəyir. Kim İranın tərəfdarıdırsa, İranvari hicab geyməli və Qəzza məsələsinə İranın dediyi qaydada münasibət bildirməlidir. Qəzza ətrafında baş verənlərə İranın mövqeyinin təhlili İranın siyasi-diplomatik gücsüzlüyünü ortalığa qoyur. Azərbaycan BMT TŞ-nin üzvü, sədri olub. İran heç vaxt belə məqamda olmayıb. Azərbaycan Aİ-nin proqramını öz maraqlarına uyğun dəyişdi. Bu böyük diplomatik bacarığın göstəricisidir. Azərbaycan hal-hazırda AŞ Nazirlər Komitəsinin sədridir. Ona görə İran özünün diplomatik və siyasi gücsüzlüyünün aradan qaldırılması mövzusunda Azərbaycanla məsləhətləşmələr apara bilər. Azərbaycan İranın diplomatik-siyasi resurslarının faydalılıq əmsalının artırılması istiqamətində ona kömək edə bilər”.

Siyasi ekspert üçüncü məsələ dinlə əlaqələndirir. “İranda siyasi elitanın gizli narazılığı təkcə ölkə rəhbərliyinə deyil. Daha yüksəklərə qarşı çevrilib. İranda siyasi elita islam dininə müxalifətçiliklə məşğuldur. Əgər İranın təbliğat maşını o dünyanı ələ salan film nümayiş etdirirsə, buna başqa ad vermək mümkün deyil. Saf əqidəli müsəlmanların psixikasına təsir edən belə filmlər ancaq destruktiv məqsəd üçün yayımlanır. Əgər o dünyadakı mələk avropalı geyimindədirsə ətrafdakılardan təkcə geyiminə görə deyil, həm də düşüncəsinə görə fərqlənirsə deməli  müsəlman olmaqdansa, avropalı olmaq daha yaxşıdır. Və ya İranda yalan danışmaq uğrunda yarış gedir. Xüsusilə orucluq günlərində bu aydın görünür. Bəllidir ki, Ramazan təkcə mədə hadisəsi deyil. Oruc olanın ağzı, gözü, qulağı da oruc tutmalıdır. İranın təbliğat maşını müsəlmanları vadar edir ki, qulaqları yalan şeylər eşitsin, gözləri saxta hadisələri görsün, dilləri saxta danışsın. Dünyada insan beyni uğrunda ciddi mübarizə gedir. Din ən əsas alətdir. Azərbaycanlı beyni bu vaxtadək özünü dinə münasibətini qoruyub saxlayıb. Azərbaycan müsəlmanı dünyanın bütün müsəlmanları içərisində ən irəli getmişi, ən elitarıdırdır. Şərqdə ilk dövləti məhz şiələrin üstünlük təşkil etdiyi Azərbaycan qurub. Teatr, kino, mədəniyyət sahəsində hədsiz çox yeniliklər bu xalqa məxsusdur. Müsəlman dünyası içərisində çoxlu sayda riyaziyyatçısı, fiziki, kimyaçısı, bəstəkarı olan da bu xalqdır. Azərbaycandakı din Azərbaycan xalqının inkişafına təkan verib. Ona görə dinə münasibət məsələsini İran istəsə Azərbaycan cəmiyyətindən öyrənə bilər. Bu mövzuda məsləhətləşmək üçün geniş imkanlar var”.

Elmar

 






6 Avqust, 2014  13:40 Baxılıb: 778 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner