Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Fazil Mustafadan “Dolu” filminin sonluğuna İRAD

Millət vəkili Fazil Mustafa öz facebook profilində Qarabağ savaşı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün mütləq humanist istiqaməti qabartmaqla yaxşı film ortaya qoymağın zamanı yetdiyini bildirb.

Qarabağ savaşı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün mütləq humanist istiqaməti qabartmaqla yaxşı film ortaya qoymaq olar. Bu isə cəmiyyətimizdə birmənalı qarşılanmaya biləcəyindən, təşəbbüs göstərənlərin olacağını zənn etmirəm. Çünki söhbət həm də yüksək vəsait ayırmaqdan gedir. Azərbaycan kinomotoqrafçılarının çəkdiyi filmlər, bizm cəmiyyətdə, hardasa Türkiyə və İranda rəğbət qazana bilər, ancaq Avropa və başqa məkanlarda tərəfliliyi diqqət çəkəcəkdir. Ona görə də bu filmlərin təyinatı əsasən öz cəmiyyətimizdə ruh yüksəkliyi yaratmaq, savaş ovqatını formalaşdırmağa xidmət edə bilər. Bu baxımdan da istər "Fəryad", "Xoca", istər də "Dolu" filmlərinin süjeti maraqlıdır. Aqil Abbasın obrazları müharibə haqqında real təsəvvür yaratmağa imkan verir. Bütün hallarda uğurlu bir layihədir. Sadəcə sonluqla bağlı qısa bir iradım var. Sonluqda "Yeddi oğul istərəm" filmindəki epizoda bənzər bir hərəkət diqqəti çəkir. Sağ qalan Bəxtiyar gedir, ardınca bir-bir ruhlar qoşulur. Burada da komandir bir uşağın xəbərdarlığına rağmən Ağdama gedən bağlı yola doğru addımlayır və ruhlar da ona qoşularaq addımlayırlar. Y.Səmədoğlunun ssenarisində atlılar, silahla müəyyən məqsədə doğru (hərçənd ki, onların məqsədləri batil idi) irəliləyirlər. "Dolu" filmində isə yürüyən, silahsız ruhların ermənilərə doğru irəliləyişinin mənasını açmaq olmur. Əliyalın hara gedirlər? Barışığamı? Məncə dostum Aqil Abbas daha fərqli epizodla tamamlaya bilərdi. Məsələn, komandir, mina sahəsindən keçərək hansısa erməni səngərində son qumbarasını partladaraq düşmənlə birlikdə şəhid ola bilərdi. Rusların savaş filmlərində bu istiqamətdə uğurlu sonluqları var. Məşhur "Sakit üfüqlərdə" filmində, komandirin ölən qadın əsgərlərinin intiqamını almaq üçün alman səngərinə girib əsir götürdüyü epizod kimi...Yəni nəticə filmin ideyasını hansısa formada tamamlamalıdır.







6 Avqust, 2014  13:12 Baxılıb: 647 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner