Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Erməni nazir: "İrimiqyaslı müharibə ehtimalı azdır"

Qarabağ münaqişəsi zonasında müharibənin bərpası ehtimalı aşağıdır. Ermənistanın müdafiə naziri Seyran Ohanyan belə hesab edir. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" xəbər yayıb.

Ohanyan çərşənbə günü keçirilən mətbuat konfransında bəyan edib: "İnsidentlər lokal toqquşmalara qədər arta bilər, lakin irimiqyaslı müharibə ehtimalı azdır. İstənilən halda hazır olmaq lazımdır".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Son günlər ərzində ermənilərin kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin postlarına hücumları nəticəsində 13 azərbaycanlı hərbi qulluqçu həlak olub, bir neçə nəfər yaralanıb. Ermənilər daha çox itki versələr də, bu faktı ictimaiyyətdən gizlətməyə çalışırlar.






6 Avqust, 2014  12:36 Baxılıb: 868 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner