Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda peşəkar idmançıların kütləvi davası: yaralılar var

Ötən gün saat 15:30-da Bakının Xətai rayonunda kütləvi dava baş verib. Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən Simsar.az-ın verilən məlumata görə, hadisə Nəsrəddin Tusi küçəsi 19 saylı binanın qarşısında baş verib.

Mübahisə zaman 1977-ci il təvəllüdlü Azər Akif oğlu Cəfərov, onun qardaşı, 1986-cı il təvəllüdlü Aslan Cəfərov və 1970-cu il təvəllüdlü Telman Saleh oğlu Nuriyev bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Azər Cəfərovun vəziyyəti daha ağırdır.

Araşdırmalar zamanı hər 3 nəfərin 1988-ci il təvəllüdlü Cavidan Bayram oğlu Qorçuyev tərəfindən bıçaqlanması məlum olub.

Qeyd edək ki, dava iştirkaçıları peşəkar idmançılardır.

Davanın səbəbinə gəlincə, ilkin ehtimala görə, mübahisə idmançıların uğur qazanması sahəsində yaranan mübahisə olub. Kimin daha yaxşı nəticə qazanması barədə yaranan mübahisə zamanı söyüş işlədilib. Bu zaman mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə qan tökülüb.

Faktla bağlı araşdırma aparılır.







6 Avqust, 2014  11:42 Baxılıb: 678 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner