Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Sabah qələbə qazansaq, İranın bağrı çatlayacaq” – POLİTOLOQ

“Azərbaycanın heç bir hərəkəti İranın xoşuna gəlmir”.

Bunu Simsar.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq İrana qarşı sərt danışıb: “İran deyir müharibə olmasın. Görürsən Azərbaycan müharibə edir, sən də gəl, bir tərəfdən beş azərbaycanlını çağır, Araz çayından keçir Zəngəzura. Bunu etmək əvəzinə ermənilərə sərf edən sözlər deyir. İran siyasətçilərinin ağlı yoxdur, başları çatmır. Deyirlər Avropa Oyunları olacaq. Azərbaycanın uğurları artacaq, - deyə İranın Avropa Oyunlarından xoşu gəlmir. Sabah qələbə qazansaq İranın bağrı çatlayacaq”.

Mərkəz rəhbəri həmçinin bildirib ki, Azərbaycan Dağlıq Qarabağda müharibə aparıb qələbə qazanmasa, Avropa Oyunları olmayacaq: “Biz Avropa Oyunlarını keçirmək üçün Qarabağ məsələsində udmalıyıq. Beynəlxalq ictimaiyyət Qarabağ məsələsi ilə Avropa oyunlarını qarışdırıb bizə təzyiq edə bilər. Qarabağ məsələsini həll etməliyik ki, ABŞ Avropa Oyunlarında bizə təzyiq edə bilməsin. Buna görə də, məsələlərə öz məntiqimizlə yanaşmalıyıq. Müharibə 1 il, 5 il olmayacaq. Artıq müharibə başlayıb, gedir. Onun intensiv dövrü 1 həftə olacaq. Ermənistanın bir həftədən artıq müharibə aparmağa imkanı yoxdur. Azərbaycan Ermənistanı o baş – bu baş yandırar. Çünki belə silahımız var”.

Hüseyn İbadlı







6 Avqust, 2014  11:34 Baxılıb: 931 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner