Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsrail çəkildi: Sövdələşmə müzakirə ediləcək

Qəzzanı həftələrdir bombalayan İsrail ordusu, dünən səhər imzalanan 72 saatlıq atəşkəslə, quru qoşununu Qəzzadan çəkdi. Tərəflər bundan sonra Qahirədə, daimi qalıcı atəşkəsi danışacaqlar. Möhkəm bazarlığın gedəcəyi görüşdə, Fələstin tərəfinin əsas istəyi, Qəzzanın yenidən abadlığı üçün beynəlxalq dəstək və sərhəd qapılarının yenidən açılması olacaq.

Dünən Misirin təklifinin Fələstin və İsrail tərəfindən qəbul edilməsiylə, saat 06:00-dan etibarən bölgədə, 72 saatlıq atəşkəsə nail olundu. Bununla da İsrail ərazidəki quru qoşunlarını geri çəkdi. İndi tərəflər arasında qalıcı atəşkəs üçün sıx bazarlıq gözlənilir.

Qahirədə olan Fələstin tərəfinə Əl-Fəth təmsilçisi liderlik edir. Bu heyyətin tərkibində Həmas və Qəzzadakı digər Fələstin qruplarının təmsilçiləri də var. Bu arada dünən  Həmas və İslami Cihadı təmsil edən 2 heyət də Qahirəyə hərəkət edib. Bildirlir ki, Fələstin tərəfi danşıqlarda, bölgənin yenidən abadlığında liderliyin Fəlstin prezidenti Mahmud Abbasa verilməsini istəyir.

Fələstin tərəfi Noveçdə Qəzzanın abadlığı üçün yardımçı ölkələrin qatılacağı bir konfrans üçün çalışır. Hər hansı bir abadlıq planı isə, Qəzzanın İsrail və Misirlə olan sərhəd qapılarının açılmasına səbəb olacaq. Fələstin tərəfinin fikrincə, sərhəd qapılarının açılması Qəzzada problemin həllinin açarlarından biridir.

Belə dağıntı görülmədi

3 günlük atəşkəsdən sonra günlərdi bombardmandan qaçan fələstinlilər evlərinə qayıtmağa başlayırlar. Şəhərin dağıntıları qarşısında sakinlər heyrətə gəliblər. Fələstinli 12 uşaq atası, 67 yaşlı Tevfik Barbah da evi dağıdılanlardandır. Barbah: “Həyatımda belə bir şey görmədim. Dəqiqədə neçə top mərmisi düşüb bilmirəm. Amma sanki 20-30 top mərmisi kimi görünür”.

Evinin uçqunu yanında donub qalan Zuhair Hjaila isə “Sanki bir zəlzələ dağıtısı yanındayam. Evimi bu vəzyətdə görcəyimi heç düşünməmişdim”, - deyib.

28 gündə, 426 uşaq öldü

28 ündür davam edən əməliyyatları vurduğu zyan isə çox ağırdır. Fələstin Səhiyyə Nazirliyinin  məlumatına görə, İsrail hücumlarında 426 uşaq, 246 qadın, 79 yaşlı olmaqla – ümumilikdə 1868 insan ölüb. 2877 uşaq, 1853 qadın, 374 yaşlı olmaqla – 9563 insan isə yaralanıb.

Bundan başqa, 5510 evin tamamən, 30920 evin isə qismən dağıdıldığı bildirilir. Bu evlərdən 4600-ün yenidən istifadəsinin mümkün olmadığı bildirilir.

İsrail ordusu isə Qəzzada 64 əsgərinin öldüyünü bildirib. 4720 hədəfin vurulduğunu, İsrailə 3385 raket atıldığını bildirən ordu, Həmasın 3000 raketinin də zərərsizləşdirildiyini bildirir. Həmas raketlərindən 2 israilli mülki, 1 taylandlı əkinçi ölüb. 23 mülki yaralanıb. İsrail 900 fələstinli militanın da öldürüldüyünü açıqlayıb.

Vüsal Qarayev







6 Avqust, 2014  08:39 Baxılıb: 760 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner