Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rus Dram Teatrından 94-cü mövsüm repertuarı

Simsar.az xəbər verir ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı teatrı 94-cü mövsümü sentyabrın 20-də İlyas Əfəndiyevin “Büllur sarayda” tamaşası ilə açacaq.

Teatrsevərlər sentyabrın 21-də Pedro Kalderonun “Məhəbbətlə zarafat etmirlər” lirik komediyasına, ayın 26-da Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış eyni adlı tamaşaya, 27-də Rey Kuninin “Həddən ziyadə evli taksi sürücüsü” komediyasına baxa bilərlər.

Sentyabrın 29-da isə yeni mövsümün ilk premyerası “Parodiyalar paradı” təqdim ediləcək.

Teatrın kollektivi həmişə olduğu kimi, bu mövsümdə də uşaqları yaddan çıxarmayıb.

Balaca tamaşaçılar sentyabrın 21-də Yekaterina Çernyakın “Gözəl Vasilisa”sına, ayın 22-də A.Puşkinin “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”ına baxa bilərlər.

Sentyabrın 27-də Vladimir Neverovun “Nağılı tap!-1”, ayın 28-də Valentina Reznikovanın “Maşa və ayı” tamaşaları göstəriləcək.

Günel







6 Avqust, 2014  08:26 Baxılıb: 801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner