Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Zeynal Nağdəliyevi helikopterlə Bakıya gətirdilər

Prezident Administrasiyasının rəhbərinin ağır avto-qəza keçirməsinə dair yeni təfsilatlar; onunla toqquşan maşının sürücüsü ağır durumda

Prezident Administrasiyasının yüksək rütbəli məmurlarından olan Zeynal Nağdəliyev Kürdəmir ərazisində yol qəzası keçirib. Bu barədə hadisə şahidlərindən biri məlumat verib. Onun deməsinə görə, cənab Nağdəliyev Kürdəmir xəstəxanasına aparılıb. Dövlət məmurunun BMW markalı maşını Vaz 21015 markalı Jiquli ilə toqquşub. Z. Nağdəliyevin və onunla toqquşan maşındakıların durumu haqda əlavə məlumat ala bilmədik.

Musavat.com-un da xəbər verdiyi kimi, ölkənin rəhbər heyəti bu gün günortadan başlayaraq cəbhə xəttinə yollanmaqdadır. Z. Nağdəliyev də bu məqsədlə  Ağdama gedirmiş. .

Z. Nağdəliyev  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir.

İstiqamet.com-un əldə etdiyi məlumatlara görə,  Z. Nağdəliyevin ourduğu maşınla toqquşan Vaz 21015-in sürücüsü, Kürdəmir rayonunun Qarabucaq kənd sakininin durumu isə ağırdır. O, hazırda Kürdəmir xəstəxanasında reanimasiya şöbəsindədir.






6 Avqust, 2014  08:23 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner