Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Lavrov: "Azərbaycan XİN məsuliyyəti Ermənistanın üzrəinə qoyub"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın İTAR-TASS agentliyinə müsahibə verib.

Şirkətin baş direktorunun birinci müavini Mixail Qusman ilə söhbətdə S.Lavrov beynəlxalq siyasətin aktual məsələləri ilə yanaşı Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşü barədə də danışıb.

“Bu görüşdən hansısa irəliləyiş gözləmək olar, yoxsa bu, sadəcə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş bir addımdır?” sualının cavabında Rusiyanın xarici işlər naziri qeyd edib ki, bu həftənin sonunda Soçidə Rusiya prezidentinin əvvəlcə Ermənistan prezidenti ilə, sonra isə Azərbaycan prezidenti ilə ayrı-ayrılıqda görüşləri nəzərdə tutulur.

S.Lavrov deyib: “Əlbəttə, qoşunların təmas xətti deyilən ərazidə baş verən hadisələr bizi narahat edir. Tərəflər bir-birini təhrikçi hərəkətlərdə ittiham edir. Əvvəllər də belə olub. Təəssüf ki, uzun illər boyu vaxtaşırı bu cür toqquşmalar müşahidə olunur. Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin kəskinləşməsinə görə məsuliyyəti Ermənistanın üzərinə qoyub. Lakin bu dəfə hər şey çox kəskin şəkildə təqdim edilir və qarşılanır. Xeyli insan həlak olub. Başqa ölkələrlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ və Fransa) ilə yanaşı biz də tərəfləri maksimum təmkin nümayiş etdirməyə, növbəti dəfə zorakılıq təzahürünə gətirib çıxara biləcək hər hansı hərəkətlər etməməyə çağırdıq”.

Nazirin sözlərinə görə, hər iki tərəf bu münaqişəni çox emosional şəkildə qəbul edir və Rusiya həmsədr ölkələrdən biri kimi amerikalı və fransalı tərəfdaşları ilə birlikdə münaqişə tərəflərinin onlardan ötrü məqbul təkliflər paketini formalaşdırması üçün nizamlamanın siyasi prinsiplərinin şərh edildiyi sənəd imzalanmasına əngəl törədən bir neçə məsələni sona çatdırmaqda kömək etməyə çalışır.

S.Lavrov deyib: “Münaqişənin nizamlanmasında tərəflərin rəhbər tutacağı prinsiplərin şərh edildiyi bu cür geniş siyasi bəyanatın qəbul edilməsi, heç şübhəsiz, şəraitin normallaşmasına kömək edərdi. Bunu etmək asan deyil. Buna dəfələrlə cəhd göstərilib və hər dəfə bizə belə gəlirdi ki, razılığa nail olmaq üçün mühüm məqam yaxınlaşıb, lakin nə isə mane olurdu. Odur ki, proqnoz vermək istəmirəm. Hesab edirəm ki, tərəflərin hər ikisi üçün münasib ifadələr tapmaqda ermənilərə və azərbaycanlılara köməyi israrla və təkidlə davam etdirmək lazımdır”.

Musavat.com






5 Avqust, 2014  17:22 Baxılıb: 734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner