Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Hafiz Hacıyevin partiyadaşları səsləndilər – “DUR!”

MMP-də cəbhədəki durumla bağlı toplantı

Bu gün Muasir Musavat Partiyasının Mərkəzi qərargahında partiyanın idarə Heyəti və rayon təşkilat sədrləri ilə birgə toplantı keçirilib. Simsar.az xəbər verir ki, Toplantıda ilk öncə cəbhədə şəhid olan əsgərlərimizin ruhu anılıb, daha sonra dünyada və ölkədə gedən proçeslər müzakirə edilib. Son günlər çəbhədəki durum, vəziyətin bu cür, birdən-birə gərginləşməsinə səbəb olan amillərdən söhbət açan toplantı iştirakçıları ,hadisələri siyasi yönümdən analiz edib. Atəşkəsin pozulmasında günahkar olan erməni tərəfin yenə yalan məlumatlarla dünya ictimayyətini çaşdırmağa çalışmasını onların növbəti həyasızlığı adlandıran MMP-çilər qoşunların təmas xəttində diversiya aktı keçirməyə cəhd edən düşmənin layiqli cavab aldığını alqışlayıblar. “Qələbə itkisiz olmur”deyən funksionerlər şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Hər an cəbhəyə getməyə hazır olduqlarını da deyən Muasir Musavat Partiyasının üzvləri, torpaqlarımızın azad edilməsi üçün verilən bütün qərarları dəstəklədiklərini bəyan ediblər.

Daha sonra Rusiyanın və Qərbin baş verənlərə münasibəti də müzakirə predmeti olub. Dağlıq Qarabağ məsələsindən Azərbaycana təzyiq vastəsi kimi istifadə edən ölkələrə yerini göstərməyin və “DUR!”deməyin vaxtının çoxdan çatdığını deyən toplantı iştirakçıları, iqtidarlı-müxalifətli torpaqlarımızın qorunması və azad edilməsi naminə hamını həmrəy olmağa səsləyiblər.







5 Avqust, 2014  15:33 Baxılıb: 725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner