Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Hərbi ekspert Anjey Kasprşiki erməni casusu adlandırdı

Hərbi ekspert Üzeyir Cəfərov öz facebook profilində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikin əməlləri barədə yazıb. Həmin yazını sizə təqdim edirik.

Hörmətli dostlar, dəyərli həmkarlarım!

Bir qədər əvvəl çox etibar etdiyim bir dostumuzdan aldığım xəbər məni məcbur etdi ki, bu məlumatı Sizlərlə paylaşım. Onsuz da biz dəfələrlə qeyd etmişdik ki, bu beynəlxalq qurumların tam əksəriyyəti Azərbaycanda öz mandatına uyğun olmayan əməllərlə məşğuldurlar. Və eşidəndə ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir ranqında olan Anjey Kasprşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son olaylar zamanı özünü az qala Ermənistanın nümayəndəsi kimi aparsın, vallah söz tapıb öz hiddətimi ifadə etməyə çətinlik çəkdim. Səfir Anjey Kasprşiklə şəxsi tanışlığımız var. Onunla bərabər həm İrəvana, həm də işğal altındakı ərazilərimizə birgə səfərdə olmuşuq. Əvvəllər mən onu obyektiv bir diplomat kimi tanıyırdım. Sonradan isə, onun haqqında o qədər də xoş olmayan məlumatlar əldə edəndə və onun işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması, məndə bu şəxsə qarşı fikirləri dəyişdi. Demək olar ki, bu şəxs ATƏT-in Minsk qrupu kimi bivec bir qurum yaradılandan bu günə kimi baş girələməklə məşğuldur. İndi isə qısaca onu deyim ki, onun son hadisələr ilə bağlı verdiyi bəyanatla, etdiyi hərəkət arasında çox böyük uyğunsuzluq var. Fikir verin onun sözlərinə. "Mandatıma uyğun olaraq gərginliyin azaldılması üçün tərəflərlə sıx əlaqədə çalışmağa davam edəcəyəm. Və əməli. Deməli, bu adam ötən həftə Xocavənddə keçirilən monitorinq başa çatar çatmaz, cumub Tərtər rayonuna ki, mən burda monitorinq keçirəcəyəm. MN-nin yerlərdəki nümayəndələri bu Kaspşikə başa salıblar ki, ay hörmətli səfir, siz nə əcəb belə narahatsız ki, bizim ərazimizdə plansız-filansız, tez-tələsik vəziyyətlə maraqlanırsınız? İndi gəl adam bu ermənifason hərəkətə görə ATƏT adı altında burda fəaliyyət göstərən diplomat haqqında tamam başqa şeyləri ağlına yaxın buraxmasın? Bunun sadə adı var. Burdakı vəziyyəti detallarına kimi öyrənib, İrəvandakı Yanlara ötürmək.. Əgər bunun başqa adı varsa, eşitməyə hazıram....

Mənə maraqlı gələn o oldu ki, niyə Müdafiə Nazirliyimizin rəhbərliyi bu polşalı "diversantın özbaşınalığını" Xarici İşlər Nazirliyi vasitəsiylə ATƏT rəhbərliyinin diqqətinə çatdırmayıb?

Adamdan soruşarlar ki, ay cənab şəxsi nümayəndə, bu qədər əsgər və zabitlərimiz, həmçinin mülki vətəndaşlarımız həlak olublar və olurlar, siz nə əcəb belə cənfəşanlıq etmirsiniz, indi birdən birə belə nə baş verdi siz əvvəlcədən elan edilmədən qoşunların yerləşməsi ilə bağlı məlumat əldə etmək istəyirsiniz?

Mənə elə gəlir ki, Azərbaycan bir müstəqil dövlət olaraq, BMT, ATƏT və digər qurumlarla konkret və sərt şəkildə danışmalıdır. Biz ya xalq və millət olaraq bunlara öz kimliyimizi sübut etməliyik, ya da, bizi məhv etmək üçün hərəkətdə və ayaqda olan irili-xırdalı beynəlxalq qurumlar, dövlətlər qarşısında acizliyimizi etiraf etməliyik. Məncə birinci yolu seçsək, biz çox bəlalardan qurtulmuş olarıq.

P.S. Anjey Kasprşikin də yola salınmasının vaxtı çoxdan çatıb. Varşava öz unutduğu oğlunun yolunu gözləyir!!!

 






5 Avqust, 2014  14:16 Baxılıb: 700 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner