Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Akif Nağı: “İnşallah, müharibəyə doğru gedirik”

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı keçirilən görüşlərin dayandırılması üçün prezident İlham Əliyevə müraciət göndərmişik”.

Bunu Simsar.az-a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

O bildirib ki, son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrlə əlaqədar keçmiş döyüşçülərlə görüş keçiriblər: “Prezidentə müraciət göndərdik ki, görüşləri dayandırsın. Çünki heç bir mənası olmayacaq. Ermənilər danışıqlar yolu ilə hər hansı bir nəticəyə gələn deyillər. Baş verən son hadisələr bunu təsdiq edir. Hazırlaşıb, müharibəyə getməliyik. Yalandan görüşməyin mənası yoxdur. Hesab edirik ki, prezident görüşdən imtina etməlidir. Özü də bu qədər qan tökülüb, girovları qaytarmırlar, meytləri qaytarmırlar. Belə bir şəraitdə terrorçu prezidentlə görüşməyin heç bir mənası olmayacaq.

İki postun alınması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən QAT sədri söyləyib ki, internetdə müxtəlif məlumatlar yayırlar. Bu insanları qınamıram, ürəklərindən keçir ki, torpaqlarımız azad olunsun: “Ona görə də belə xəbərləri qələmə alırlar. Hesab edirəm ki, rəsmi məlumat olmayınca, inanmaq lazım deyil”.

“Mənim müşahidələrimə görə, bu dəfə də olmasa, ikinci, üçüncü dəfədən sonra müharibə alovlanacaq. Bizim istədiyimiz budur: “Mən bu proqnozu verirəm. İnşallah, müharibəyə doğru gedirik” – Akif Nağı belə deyib.

Hüseyn İbadlı

 






5 Avqust, 2014  13:10 Baxılıb: 801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner