Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Azərbaycanın rolu böyük olacaq” – EKSPERT

“Rusiya Qərblə bir sıra məsələlərdə qarşıdurma vəziyyətindədir. Amma Dağlıq Qarabağ məsələsində fikirlər üst-üstə düşür.”

Bunu Simsar.az-a sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, hər iki tərəf bu günə kimi Ermənistanın nazı ilə oynayır. Bu siyasət davam edənə qədər Dağlıq Qarabağ məsələsi həll olunmayacaq: “Ermənistan bunu nəzərə alır,  indiyə qədər bu cür siyasət apararaq torpaqları boşaltmır və dünyada gedən poseslərlə ayaqlaşmaq istəmir. Eyni zamanda beynəlxalq təşkilatların qətnamələrini inkar edir. Bizə isə real və konkret nəticələr lazımdır”.

F.Sadıqov hesab edir ki, Qərb və bir sıra Avropa ölkələri Ukraynada baş verən proseslərdən sonra Rusiyadan Avropaya qazın nəql edilməsində problemlər yaranacağını anlamalıdırlar: “Bu məsələdə Azərbaycanın rolu daha böyük olacaq. Artıq bu gün Avropa qitəsinin enerji təhlükəsizliyini təmin edə bilirik. Bundan sonra Azərbaycana daha böyük ehtiyac olacaq. Bunu aparıcı dövlətlər yaxşı dərk etməlidir. Təbii ki, bununla bağlı bizim diplomatiyamız daha hücumedici siyasət aparmalıdır ki, aparıcı dövlətlərin əsas qüvvələri bunu başa düşsünlər və müəyyən nəticə çıxara bilsinlər”.

Hüseyn İbadlı

Siyasət Şöbəsi







5 Avqust, 2014  10:51 Baxılıb: 790 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner