Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

9 rayonun işəgötürənləri üçün yeni islahatlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəkidə, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair, növbəti məlumatlandırma tədbiri keçirib. Şəki rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan “Açıq qapı” günü-vətəndaş forumuna, bu rayonun və Zaqatala, Balakən, Qax, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ Oğuz  rayonlarının işəgötürənləri cəlb olunub.

Simsar.az xəbər verir ki, tədbirdə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiq olunmasının ölkənin əmək bazarına, işçi hüquqlarının təminatına daha çevik və obyektiv dövlət nəzarəti mexanizmini formalaşdırmağa xidmət etdiyini vurğulayıblar.

Qeyd olunub ki, bu islahat tədbiri işçi və işəgötürənlər arasında bağlanan hər bir əmək müqaviləsi üzrə bildirişin, eləcə də əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi zamanı bu barədə bildiriş formalarının EİS-də qeydiyyatdan keçirilməsi yolu ilə rəsmiləşdirilməsini nəzərdə tutur. Bu isə əmək müqavilələrinin tərəflər arasında bir sıra hallarda formal olaraq bağlanması və bir nüsxəsinin işçilərə verilməməsi kimi əvvəllərdə mövcud olmuş mənfi praktikaya son qoyur.

Ən başlıcası, EİS əmək müqavilələrində əksini tapan işçi hüquqlarının təmin edilməsinə birbaşa və səmərəli dövlət nəzarətinin həyata keçirilməsinə, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasına şərait yaradır. Əmək müqaviləsi bildirişi üzrə EİS-in işləyən əhalinin gələcək sosial təminat hüquqlarının müdafiəsində, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasında mühüm hüquqi əsas yaratdığı da bildirilib.

Forumda əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza ilə, “Elektron hökümət” portalı (https://www.e-gov.az) üzərindən, EİS-ə daxil edilməsi proseduru əyani şəkildə nümayiş etdirilib. İşəgötürənlərə aidiyyatı üzrə praktik bilgilər aşılanaraq, onların ayrı-ayrı sualları cavablandırılıb, həmçinin gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması barədə onlara məlumat verilib. Əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə ilə bağlı işəgötürənlərə metodiki köməklik göstərilməsi üçün ƏƏSMN tərəfindən, respublikanın bütün bölgələrində “Yardımçı masaları”nın yaradıldığı da işəgötürənlərin diqqətinə çatdırılıb, onların ünvanları, əlaqə nömrələri barədə KİV-lərdə məlumatlar yayımlandığı qeyd olunub.

Vüsal Qarayev

 






5 Avqust, 2014  10:11 Baxılıb: 522 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner