Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Əsgər intiharlarının səbəbi tapılıb

Amerikalı alimlər insanları stres kontrolunda beyinə kömək edən SKA2 geni zəifliyinin fərdlərdə intihar təşəbbüsün artırdığı nəticəsinə gəliblər. İnkişaf etdriliən qan testi ilə əsgər namizədlərinin intihar təşəbbüsləri ölçüləcək.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın John Hopkins Universitetində ordu dəstəyi ilə aparılan elmi araşdırmada intiharım genetik faktorları araşdırılıb. Araşdırma zamanı beyində streslə mübarizə aparan SKA2 geninə diqqət yönəlib. SKA2 geni azlığının insanı streslə mübarizə etməkdə aciz qalıb intihara daha meyilli hala gətirdiyi sübut olunub. İlk planda 325 vtəndaşın beyin quruluşu üzərində həyata keçirilən araşdırmanın sonrakı mərhələsində əsil hədəf  əsgər intiharlarına yönələcək.

Qrup ABŞ ordusunda xidmət edən əsgərlərdən fəal savaş və savaşdan əvvəl qan nümunələri alacaq. Sadəcə SKA2 genindəki dəyişikliklərə diqqət vermək üçün inkişaf  etdirilən xüsusi qan testi saysində intihara təşəbbüs ölçüləcək.  Rəqəmlər 2004-2012- ci illər arası AB Ş əsgərlərinin intihar etməsi hallarının 3 qat artdığını göstərir. Buna görə hər gün orta hesabla 22 veteran ABD əsgəri canına qəsd edir ki, bu da ildə 8 min veteran əasgərin həyatına son verməsi deməkdir. Araşdırmaya rəhbərlik edən professor Zachary Kaminsky inkişaf etdirdikləri SKA2 qan testinin həm irsi, həm də insanın bütün ömrü boyu DNA quruluşunda meydana gələn dəyişilliyi ölçə bilmək qabiliyyətinə malik olduğunu deyib. Kaminsky: “Rəqəmlər elə qəribədir ki,  hətta bu rəqəm Əfanıstanda müharibədə ölən Amerika əsgərlərinin sayından da çoxdur.  Bu araşdırmamız sayəsində əvvəlcədən lazım olan testləri edərək intihara meyilli genetik quruluşa sahib olan insanların orduya çağırılmasının qarşısını ala bilərik. Hətta bir sonrakı illərdə SKA2 –dəki proteinin səviyyəsinə nəzarət etməyimizi təmin edəcək müalicə üsulları da kəşf edə bilərik”. deyir

İntihara meyilli olmağı genetik faktorlarla bağlayan bu araşdırmaya ABŞ-dakı bəzi alimlər və əsgər qohumları kəskin reaksiya veriblər. Araşdırmanın dərman firmalarının bir oyunu olduğunu söyləyənlər ABŞ Ordusunun da əsgər intiharlarında təzminatdan qaçmaq üçün “Genetikasında vardı” deyərək bəhanə edəcəyi fikrindədirlər.

 

Günel

 

 






5 Avqust, 2014  09:24 Baxılıb: 854 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner