Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qafqaz Universiteti dünyanın 100 ən yaxşı arasında - SİYAHI

QS World University Ranking sistemi İngiltərənin məşhur “Times” qəzetinin təhsil əlavəsi olaraq hər il beynəlxalq universitetlərin reytinqlərini hesablayan  ən inkişaf etmiş və etibar görən mənbələrdən sayılır. Onun reytinqinin nəticələrindən dünyada 30 milyondan çox istifadəçi faydalanmaqdadır.

Simsar.az xəbər verir ki, bu günlərdə QS-in rəsmi saytındakı 2011-ci il üzrə olan hesabatda müxtəlif indiqatorlara görə universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinqi hesablanıb. Şərqi Avropa və  Orta Asiyada fəaliyyət göstərən universitetlərinin akademik reytinqi  hesabatında, Qafqaz Universitetinin adı xüsusilə qeyd olunub.

Hesabatda qeyd olunur ki, Qafqaz Universiteti Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universitetləri arasında 64-cü yerdə qərar tutur. Beynəlxalq tələbə indiqatatoru üniversitetin tələbələrinin ümumi sayi içərisində xarici tələbələrin nisbəti tələbə mübadilələri və bu universitet məzunlarının təhsillərinin magistratura və doktorantura pilləsinin coğrafiyasına görə hesablanır.

Qafqaz universitetində 10-dan artıq ölkəni təmsil edən tələbələrin  təhsil alması və universitet məzunlarının əhəmiyyətli bir hissəsinin dünyanın 50 dən artıq ölkəsində magistratura və doktorantura pilləsində təhsil alması onun bu siyahida dünyanın məşhur və tarixi universitetlərini keçərək Azərbaycanın adını daha da yüksəltməsinə səbəb olub.

Sevindirici haldır ki,Qafqaz Universiteti bu indiqatora görə nəinki Post -Sovet məkanının, eyni zamanda Şərqi Avropa və Yaxın Şərqin ilk universitetidir. Beynəlxalq tələbə indiqatoruna görə Qafqaz Universiteti 90.9 xalla 64. yerlə  ABŞ, İngiltərə, Kanada və bir sıra Avropa ölkələrilə yanaşı, Azərbaycanın adını dünyanın bu siyahıda yer alan 14. ölkəsi olaraq yazdırıb.

Cədvələ nəzər yetirirsək 64-cü yerdə qərar tutan universitet bu indiqator üzrə Harvard Universitetini (88)  Kolumbıya və Boston, Ingiltərənin Notingam, Mançester və Lester universitetini arxada qoyub. Bu sıralamada yer alan 100 universiteti  əhatə edən ölkələr coğrafiyasında Şərqi Avropa və Asiya qitəsini sadəcə iki ölkə Sinqapur və Azərbaycan təmsil edib.






5 Avqust, 2014  09:05 Baxılıb: 812 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner