Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Günün şeiri: Şəhid-şəhid böyüyürük...

Şəhid-şəhid bölünürük,

Şəhid-şəhid böyüyürük...

Şəhid-şəhid danışırıq,

Şəhid-şəhid öyünürük.

Şəhid-şəhid yaşayırıq,

Şəhid-şəhid döyünürük.

 

Şəhid-şəhid böyüdük biz,

Tut başını dimdik, Vətən.

Bu dünyaya sənin üçün,

Şəhid kimi gəldik, Vətən!

 

Doqquz milyon insan şəhid,

Doqquz milyon can yaralı,

Bu gün hamı can üstədi,

Can Azərbaycan yaralı.

Qoyma düşmən görsün bunu,

Ört Azərbaycan, yaranı.

 

Əsas odur dar gündə də

Yumruq kimi birik, Vətən,

Bu dünyaya sənin üçün

Şəhid kimi gəldik, Vətən!

 

Məzara on şəhid qoysaq,

Beşiyə yüz oğul gələr,

Hər oğulun doğumuyla,

Şəhidlərin ruhu gülər.

Bu günədək sənin ilə

Nələr gördük, bizlər, nələr.

 

Biz nə qədər qəm atlatdıq,

Dərdə sinə gərdik, Vətən,

Bu dünyaya sənin üçün,

Şəhid kimi gəldik, vətən!

 

Elxan Yurdoğlu

01-08-2014 Bakı







5 Avqust, 2014  09:00 Baxılıb: 1023 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner