Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İŞİD geniş şəkildə hücuma keçdi, ailələr dağa qaçdı

İraq, Suriya və Türkiyə üçbucağındakı sərhəd bölgəsini ələ keçirmək üçün vuruşan İŞİD-in İraq Kürd İdarəçiliyindəki Sincarı ələ keçirməsiylə 10 minlərlə insan dağa qaçdı.

Yayın yandırıcı istisi altında və İŞİD terrorunun təhlükəsi altında kömək gzləyirlər. BMT-yə görə 200 min yezidi kürd çətin vəziyyətdədirlər. Telaferdən qaçıb Sincara sığınan Türkmənlər də yenidən yollara düşüb.

73-cü qətliam qorxusu

10 iyunda İraqın cənubunda Mosulu ələ keçirən İŞİD, yeni adıyla İslam Dövləti militanları həftə sonu yenidən hücuma keçiblər. Onlar öncə Zumar qəsbəsini, daha sonra bazar günü Yezidilərin İraqdakı əsas mərkəzi, 300 min əhalisi olan Sincarı kontrol altına keçiriblər. İraq Kürd Regional İdarəsinə bağlı Peşmərgə güclərinin geri çəkilməsiylə Sincarda qara bayraqlarını dövlət binalarının üstə sancan, Şiə türbəsini yıxan İŞİD qələbəsini qeyd edir. “Suriya və Türkiyə üçbucağında sərhədə çatmışıq. Allah, mücahitlərinə bütün bölgəni azad etmək icazəsi verəcək”, deyə qeyd ediblər.

BMT İraq təmsilçisi Nikolay Mladenov, 200 mindən çox insanın qəsəbədən qaçdığını deyib: “Böyük bir insan faciəsi yaşanır”. Kürd Regional İdarəçiliyinin Türkmən cəbhəsi millət vəkili Aydın Maruf isə, Sincarda son 2 gündə 400 insanın öldüyünü, bunlardan da ən az 60-nın Peşmərgə olduğunu deyib.

Ac-susuz yollarda – Türkmənlər kömək gözləyir

İŞİD-in İrqada irəliləyişini davam etdirməsi, türkmən qruplarını hərəkətə gətirib. İraq-Türkmən cəbhəsinin sədri Erşad Salihi BMT-yə türkmənlərin qorunması üçün hərbi uçuşlara qapalı tampon bölgə yaradılması tələbiylə müraciət edib.

Sincar Telaferdən qaçan türkmənlərin də sığındığı yer idi. Qaçan 500 türkmən ailəsinin 100-ə qədərinin Sincarın 15 km uzağındakı bir fabrikə sığındıqları və orda kömək gözlədikləri bildirilir.

Vüsal Qarayev

 

 

 






5 Avqust, 2014  08:31 Baxılıb: 744 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner